Spiker Azərbaycan xalqını təbrik etdi
Milli Məclisin sədri Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
26 İyun 2020 13:30 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Şanlı Azərbaycan Ordusu 102 yaşını qeyd edir. Bu münasibətlə başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, Ordumuza əbədi mövcudiyyət arzu edirəm. Azərbaycan Ordusu Azərbaycan xalqı təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir.
Yaşasın, Şanlı Azərbaycan Ordusu!!!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31