Azərbaycan və Türkiyənin aidiyyatı qurumları koronavirusla bağlı online müzakirə keçiriblər
Türkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və Nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkə COVİD-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
25 İyun 2020 14:21 SiyasətTürkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və Nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyatı mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkə COVİD-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, "simptomsuz" xəstələr üzərində epidemioloji nəzarət və COVİD-19 virusu üçün innovativ müayinə metodları kimi mövzulara da diqqət yetirilib. Hər iki ölkə nümayəndələri COVİD-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriliblər.