Diaspor sədrindən prezident Ərdoğana təşəkkür
25 İyun 2020 13:42 SiyasətTürkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və qurumun mətbuat xidmətinin rəhbəri Sərdar Ünsal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu ünvanlayıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Sərdar Ünsal deyib ki, prezident Ərdoğanın imperialist yalan olan sözdə erməni soyqırımı iddialarına cavab vermək üçün müstəqil bir təşkilatın qurulması təlimatını verməsi təmsil etdiyi diaspor təşkilatı tərəfindən də müsbət qarşılanıb və təqdir edilib. Sərdar Ünsal deyib ki, bu gün erməni diasporası hər addımda yalanlarla dünyanı aldadır. Bunun üçün də Türkiyədə güclü bir diasporanın qurulması zəruridir: "Hörmətli prezidentimiz bu məsələdə çatışmamazlığı görərək Ermənistanın yalan iftiralarına cavab verəcək, mücadilə aparacaq müstəqil bir qurumun yaradılması talimatını verib. Bu bizləri çox sevindirdi. Erməni yalanlarına qarşı Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası olaraq hər zaman təpkimizi göstərmişik. Bundan sonra da göstərməyə davam edəcəyik. Yeni qurulacaq quruma hər cür dəstək verəcəyik".
Sərdar Ünsal deyib ki, Türkiyə və Azərbaycan erməni yalanlarına qarşı ortaq bir fəaliyyət təşkil edərək mücadilə aparmalıdır: "Sözdə erməni soyqırımı yalanını tarixi faktlarla, yaşayanların anlatımıyla çözülməsinin zamanı gəlib. Yeni yetişən gənclərimizə xalqımıza qarşı hər addımda ermənilərin həyata keçirdikləri soyqırımları anlatmalıyıq. Bu mövzuda yazılan kitablar müxtəlif dillərə tərcümə edilərək Avropa və ABŞ-da paylanmalıdır. Tarixi gerçəklər gün üzünə çıxarılmalıdır. Hörmətli prezidentimiz Rəceb Tayyib Ərdoğana bir daha təşəkkür edirik".