İSTAD BMT Baş Məclisinə müraciət edəcək
25 İyun 2020 13:44 SiyasətTəhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilsin
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin rəhbərliyinə son 75 ildə ilk dəfə bir türk seçilib. "OLAYLAR" İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunuluya istinadən xəbər verir ki, Baş Məclisə seçilən Volkan Bozkır bu ilin sentyabrında hazırkı BMT Baş Məclisinin sədri Tijjani Muhammad-Bandeden sözügedən mühüm postu təhvil alacaq. Volkan Bozkır 2021-cı ilin sentyabr ayına qədər bu vəzifəni icra edəcək.
İSTAD sədri deyib ki, təşkilat olaraq yeni Baş Məclis rəhbərindən Azərbaycan xalqı adından bəzi istəkləri olacaq: "28 il əvvəl Ermənistan tərəfindən haqsız yerə işğal edilmiş Azərbaycan torpaqlarının dərhal boşaldılmasını istəyəcəyik. Bununla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin icra edilməsini tələb edəcəyik". Səfər Karakoyunlu deyib ki, BMT Təhlükəsizlik Şurası ilə yanaşı, dünyanın, Avropanın bir sıra təşkilat və qurumları da Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bəyanatlar verib, qərarlar qəbul ediblər. Lakin təəsüflər olsun ki, işğalçı Ermənistan bunların heç birinə əməl etmir.