Prezident Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
22 İyun 2020 19:20 SiyasətPrezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Əlahəzrət,
Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə daim firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31