Zakir Həsənov Moskvada keçiriləcək paradda iştirak edəcək
Zakir Həsənov Moskvada keçiriləcək paradda iştirak edəcək
22 İyun 2020 12:17 SiyasətAzərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.
Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.
Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31