Qərbin Ermənistanda baş verənlərə biganəliyi sülh və demokratiya üçün bir təhlükədir

"Ermənistan əməlli - başlı çalxalanır. Demokratiya pərdəsi altında, ermənilərə çörək, iş verəcəyi vədləri ilə hakimiyyətə gələn Nikol Paşinyan, faktiki olaraq, işğalçı dövləti ölü nöqtədən tərpədə bilmədi. Əksinə, o, vəziyyəti daha da kritikləşdirdi". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə,  Paşinyanın bacarıqsızlığı, boşboğazlığı, savadsızlığı pandemiya ilə mübarizədə özünü  bütün çılpaqlığı ilə göstərdi: "Əhalisinin say nisbətində infeksiyaya yoluxanlara və ölənlərə görə dünyada fəlakətli ölkələr sırasında olan Ermənistan, sözün əsl mənasında, çıxılmaz burulğana düşüb. Situasiyanı nəzarətə ala bilməyən, ac - yalavac erməni xalqını aldadan Paşinyan, onun istefasını tələb edən müxalifətə divan tutmaqla məşğuldur. Aqoniya durumunda olan baş nazir parlamentdə ikinci böyük fraksiya olan "çiçəklənən ermənistan"ın rəhbəri Qarik Çarukyanı deputat mandatından məhrum etdirərək, ona və yaxın tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açırdı. Siyasi gərginlik getdikcə artır. Çarukyanın tərəfdarlarının Təhlükəsizlik xidməti qarşısında keçirdikləri son mitinq bunun sübutudur. Aksiyada " Paşinyan get","Çarukyan baş nazir " şüarları etirazçıların hədəfinin işarətidir. "Demokrat " Paşinyanın göstərişi ilə 90 nəfərdən çox mitinqçi polis tərəfindən saxlanılıb".

Onun sözlərinə görə,  Azərbaycanın tarixi torpaqlarında Rusiyanın köməyi və Qərbin dəstəyi ilə özlərinə dövlət quran ermənilərin başı hələ çox ağrıyacaq: "İşğalçılığı, terrorçuluğu dövlət siyasətinə çevirmiş bir ölkədə, belə hadisələrin baş verməsi təəccüblü deyil. Təəccüb doğuran odur ki, bizim ölkəmizdə hər bir xırda məsələdə siyasi çalar axtaran, hər hansı xuliqanlıq hərəkətə görə həbs edilmiş müxalifətçini siyasi məhbus elan edən, Qərb dövlətlərinin, insan hüquqları üzrə təsisatların, beynəlxalq təşkilatların qonşu dövlətdə baş verənlərə göz yummasıdır. Onların bu davranışları, susqunluğu bütövlükdə sülh və demokratiya üçün bir təhlükədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31