Deputat: “Ciddi təhlükələrdən biri sosial şəbəkələrdə təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir”

"Bu gün bizi gözləyən ciddi təhlükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib. O, bildirib ki, bu istiqamətdə ikinci dalğanı Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışırlar: "Sosial şəbəkələrdə bununla bağlı təxribatçı çıxışları gördük. Dövlət başçısının müdrik siyasəti nəticəsində bu dalğanın da qarşısı alındı. Bu gün pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir. Hazırda ölkəmizdə xalqın qarşısına çıxıb açıqlama, izahat verəcək virusoloq, bakteroloq yoxdur. Dünyada təcrübə var ki, başqa ölkələrdən bu sahənin mütəxəssislərini dəvət etmək olar. Digər tərəfdən pandemiyada bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Əgər marşrutda maskasız sərnişin varsa, sürücü marşrutu idarə etməsin. Bu gün çox ciddi qərarlar almalıyıq. Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31