Erməni iqtisadçı “SOS!” siqnalı verdi

Liliya Amirxanyan: "Bizdə İranla problemlər var, biz Rusiya ilə çox problemlər yaşamaqdayıq, faktiki olaraq Çinlə də yeni faktiki problemlərlə qarşı-qarşıya dayanmışıq"

"Hakimiyyət xarici kapitalla işləyən şirkətlərə risklər yaradacaq daha bir addım atır. Bizdə bunun üçün presedentlər var və belə bir vəziyyət onsuz da itirilmiş investisiya cəlbediciliyimizə mənfi təsirlərini göstərəcək".
Bunu Ermənistan TV-da yayımlanan "Baxış-İqtisadiyyat" rubrikasının "Lilit Tumanyanla səhər xəbərlərində" "Hayatsk" analitik mərkəzinin ekperti Liliya Amirxanyan deyib.

"Ətrafında cərəyan edən istənilən olay biznesə qeyri-müəyyən, mənfi təsirlərini göstərəcək"

"Daxili siyasət hadisələri kontekstində biz Qagik Çarukyannın nəhəng biznesmen faktını inkar edə bilmərik və bunun ardı olaraq, onun ətrafında cərəyan edən istənilən olay biznesə qeyri-müəyyən, mənfi təsirlərini göstərəcək", deyən erməni iqtisadçı onu da qeyd edib ki, Çarukyanın nəzarətində olan şirkətlər ilk olaraq kapital itkiləri problemi ilə qarşı-qarşıya qalacaqlar.

Amirxanyan xatırladıb ki, 2018-ci ildə baş verən hadisələrdə də kapital itkiləri yaşanmışdı: "2018-ci ildə yalnız banklardan deyil, birbaşa pul köçürmələrində də xarici valyuta itkiləri axını yaşanmışdı. Həmin il Ermənistandan Rusiyaya 20 faiz diapazonunda daha çox pul köçürmələri həyata keçirildi. Başqa sözlə, kapital itkisi axını təcrübə ilə də sübut olunub. Nəticədə proseslər alternativlik yaradılmadan neqativ hallara gətirib-çıxarır".

"Artan münaqişə insan haqları, demokratiya və söz azadlığı baxımından Qərb və Avropa ölkələri ilə də problemlər yaradır"

İqtisadçı əsas partnyorlar barədə də danışıb: "Bizdə İranla problemlər var, biz Rusiya ilə çox problemlər yaşamaqdayıq, faktiki olaraq Çinlə də yeni faktiki problemlərlə qarşı-qarşıya dayanmışıq. Və əlbəttə ki, artan münaqişə insan haqları, demokratiya və söz azadlığı baxımından Qərb və Avropa ölkələri ilə də problemlər yaradır".

Ekspert qeyd edib ki, bütün bunlar sistemli böhrana, iflasa gətirib-çıxarır və belə olan vəziyyətdə onların yenidən bərpa edilməsi tələbi yaranacaq.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31