“Ermənistanda demokratiya yoxdur və olmayacaq da”

Bir məsələni nəzərə alaq ki, Ermənistanda demokratiya siyasi, daha oğrusu geosiyasi kriteriyadır. Bu sözləri SİA-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Avrokomissiyanın genişlənmə üzrə bir komissiyası var idi, Çexiyada idi gərək ki, səhv etmirəmsə 2015-ci il Ermənistanda yerli seçkilərdə dava düşdü, gülləbaran, güllələnmə oldu, adam öldü və məhz həmin günü komissar Serj Sarkisyana Ermənistanda demokratiyanın inkişafına görə 60 milyon avrop pul verdi, yəni Avropada həmişə biliblər ki, Ermənistanda demokratiya yoxdur, olmayacaq da: "Onlar başa düşüblər ki, əgər Qərb dövlətləri, Qərb dairələri desələr ki, Ermənistanda demokratiya yoxdur, bu zaman ən azı onların nöqteyi nəzərincə Ermənistan Azərbaycana bərabər olmalıdır. Onlarsa bunu qəbul ed bilmirlər. Çünki, Azərbaycan bütün parametrlər üzrə Ermənistandan üstündür, Ermənistanın haçansa Azərbaycana çatması qeyri-mümkündür. Yalnız bir şey edə bilir Qərb dairələri xristian parametrləri üzrə ki, Ermənistan nədəsə bir şeydə üstün olsun, üstün görünsün Azərbaycandan. O da yəni elə bax bu demokratiya, söz azadlığı kimi belə məsələlərdə özləri saxta rəy də yazırlar, qiymət də verirlər, hətta bir mükafatlandırırlar da. Hazırda Azərbaycanın, bizim rəsmilərimizin gücü çatan məsələ deyil. Bizim hal-hazırda rəsmilərimizin əsas səyi yönəlməlidir ki, Cənubi Qafqaz üzrə demokratiya, insan hüquqları parametrləri üzrə Qərbdən, tutaq ki, lap elə Avropa ittifaqından vahid bir meyarın yaradılması, vahid bir meyar üzrə işləyən qrumin yaradılması reallaşdırılsın. Yəni, əgər Avropada hansısa bir qurum yaradılarsa və o qurum Azərbaycanda, Gürcüstanda, Ermənistandakı demokratiyaya eyni prizmadan yanaşarsa, bu birinci növbədə Qərbin özünün xeyrinədir, çünki bu, Cənubi Qafqaz regionunda gedən proseslərin sağlamlaşmasına xidmət edəcək".
Mənim mövqeyim hamıya bəllidir. İnanın ki, hakimiyyətin, dövlətin mövqeyində durduğum üçün demirəm, sırf həqiqətin mövqeyində durduğum üçün deyirəm ki, o kamissiya yaransa, mən bu üç dövlətin hər üçündə baş verənlərdən məlumatlı adam kimi deyirəm, o komissiya yaransa görünəcək ki, bu üç dövlət içərisində demokratiyanın ən güclü olduğu Azərbaycandır. O mənada vahid meyarın, vahid mexanizmin yaradılması vacibdir. Qərbdə, Avropada, Cənubi Qafqazdakı demokratiyanı ölçən, vahid bir meyarla ölçən qurumdan söhbət gedir", deyə Mübariz Əhmədoğlu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31