“Ölkəmiz dünyada əsas söz sahiblərindən birinə çevrilir” – Bəhruz Quliyev

"Azərbaycanda hətta pandemiya dövründə həyata keçirilən bir sıra layihələr artıq dünyanın ən aparıcı şirkətləri tərəfindən də izlənilir, yüksək qiymətləndirilir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev "Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və "Microsoft" şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfransı şərh edərlən deyib. 

Onun sözlərinə görə, dövlətimizin başçısı Azərbaycanın bütün sahələr üzrə mühüm layihələrin həyata keçirilməsini vurğulamaqla yanaşı, bu kimi məsələlərdə xarici şirkətlərin də iştirakçı olmaq maraqlarının mövcudluğunu qeyd edib: "Ümumiyyətlə, digər sahələrlə yanaşı, ölkəmizdə olan yüksək texnologiyalar üzrə inkişaf reallığı da mühümlik təşkil edir və belə bir məsələdə nüfuzlu "Microsoft" şirkətinin Azərbaycana olan marağı təəccüb doğurmamalıdır. Çünki  bu vaxta qədər də digər nüfuzllu şirkətlər yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayıblar. Məhz bu baxımdan, "Microsoft" şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək firikrləri, əməkdaşlığın perspektivləri, irəli sürdüyü təklifləri bizim üçün də önəm kəsb edir". 

"Əbəs deyil ki, şirkət rəhbərliyi son illərdə ölkəmizdə həyata keçirilən davamlı, ardıcıl layihələrə, eləcə də texnoloji projelərə yüksək qiymət verir, habelə burada Azərbaycanın nəinki regional, həm də beynəlxalq tərəqqi mərkəzinə çevirldiyini vurğulayır", deyən siyasi ekspert həmçinin qeyd edib ki, dövlətimizin başçısı da bu və ya digər bu kimi çıxışlarında Azərbaycanın əməkdaşlıq etmək üçün xarici şirkətlərə daim açıq olduğunu vurğulayıb: "Bu amili də nəzərə alaraq nəticəyə gələ bilərik ki, nəinki "Microsoft", eyni zamanda digər aparıcı innovasiya və texnologiya üzrə mütəxəssisləşmiş, ixtisaslaşmış məşhur şirkətlər ölkəmizdə öz işlərini davam etdirmək, genişləndirmək niyyətində olduqlarını bəyan edirlər. Əlbəttə ki, bu bizim üçün böyük bir nailiyyətdir və həqiqətən də Azərbaycan dövləti Prezident İlham Əliyevin də vurğuladığı kimi istər iqtisadi, istər siyasi, istərsə də texnoloji cəhətdən mərkəzə çevrilib. Bu, söz yox ki, ölkəmizdə reallaşdırılan mütərəqqi siyasətin məntiqi nəticəsi, bariz sübutudur. O cümlədən, ölkə liderimiz mühüm bir mesajı da xatırladaraq bildirdi ki, Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir və bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək."   

"Dünyadakı çətin, məsuliyyətli bir zaman çərçivəsində Azərbaycan dövləti xarici ölkələrə də yardımlarını davam etdirir", deyən "SƏS" qəzetinin baş redaktoru bu amili də əsaslandıraraq bildirib ki, dövlətimizin başçısının 29 ölkəyə humaitar yardım göstərməsini xatırlatması da əslində Azərbaycanın gücünün, qüdrətinin mövcudluğunu əks etdirir: "Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları bu prosesin davam etdiyini, Azərbaycanın isə beynəlxalq ictimaiyyətin etibarlı üzvü olduğunu xüsusilə vurğulayıb. Söz yox ki, ölkəmiz bu kimi uğurları ilə dünyanın əsas söz sahiblərindən birinə çevrilir və sözgedən görüş, gəlinən nəticələr də özündə bu həqiqətləri kifayət qədər ehtiva etməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31