Mayis Səfərli:"Ermənistan koronavirus fəlakəti içərisində çabalayır"

"Ermənistanda kimin, hansı qüvvələrin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kim erməni xalqını uzun illərdən bəri düşdüyü iqtisadi, sosial, demoqrafik böhrandan, işsizlikdən, səfalətdən xilas edə bilməyəcək". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bunun yeganə  işğalçı dövlətin Azərbaycan və Türkiyə tərəfdən beynəlxalq aləmə çıxışının qapadılması, ölkəmizin səyləri nəticəsində ermənilərin bütün regional, transmilli layihələrdən kənarda saxlanılmasıdır:
    "Özundən əvvəlki sələflərini ittiham edən Paşinyan da özünü oda-közə vursa da, sərsəm bəyanatları və şoumen xarakterli çıxışları ilə millətini ovundurmaq istəsə də, heç nə əldə edə bilməyib. Yenə də Ermənistanın nə iqtisadiyyatı, nə də stabil qazanc mənbəyi yoxdur. Paşinyan Ermənistanı Rusiysnın marioneti obrazından da çıxara bilmədi. Çünki bu ölkənin yeyəcəyini, içəcəyini xaricdəki erməni lobbisi, müxalifət ermənipərəst fondlar verir, silahlarını isə Rusiya göndərir. Yeri gəlmişkən, özünü demokrat, qanunsevər göstərən Paşinyanın bu gün Rusiyadan aldığı bir çox silahları, o cümlədən, zenit - raket komplekslərini beynəlxalq mafiya vasitəsilə üçüncü ölkəyə, oradan dördüncü ölkəyə satdırır. Əldə etdiyi pullar isə ailəsinin, yaxınlarının dəbdəbəli həyat yaşamasına sərf edir.
    Hazırda Ermənistan koronovirus pandemiyasının yaratdığı fəlakət içərisində çabalayır. Virusa yoluxanların və ölənlərin sayına görə Ermənistan öndə gedən ölkələrdəndir. Hətta, deyilənə görə, virusdan ölənlərin dəqiq sayını gizlədirlər. Orada vəziyyəti nəzarətə almaq qeyri mümkündür, cünki, yuxarıda qeyd etdiyim kimi bu bədbəxt ölkənin nə pulu-parası, nə səhiyyəsi, nə də normal dövlət idarəçiliyi yoxdur. Sirk artisti kimi ortaya düşüb elə hey fırlanan Paşinyanın heç nəyə qadir olmadığını  həm silahdaşları, həm də bütün ermənilər yaxşı görür. Bu günlərdə Ermənistanım Milli Təhkükəsizlik xidməti rəhbərinin, Baş qərargah rəisinin və ölkə polisi rəisinin istefa verməsi, növbəti hakimiyyət gəmisinin batmasına işarədir. Onlar yaxşı başa düşürlər ki, Ermənistanda kütləvi şəkildə koronavirusa yoluxan ac - susuz, onun - bunun əlinə baxan xalq ayağa qalxacaq və növbəti inqilab baş verəcəkdir. Yuxarıda qeyd etdiyim kimi Ermənistanı nə inqilablar, nə paşinyanlar xilas edə bilməyəcək. Onları xilas edə biləcək bir zehniyyət var: İşğal etdikləri torpaqlardan könüllü çıxıb getmək, bunun əvəzində, Azərbaycanın regionda yaratdığı münbit iqtisadi və digər səraitlərdən yararlanaraq yaşamaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31