Deputat Könül Nurullayeva hesabat verdi

VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından keçən 3 ay ərzində vətəndaşlar tərəfindən ünvanıma ümumilikdə 863  müraciət daxil olub. "OLAYLAR" -a Könül Nurullayevanın deputat qərargahından bildirilib ki, onlardan  469-u (54.3%) birbaşa Qərargaha, 172-i telefon (19.9 %), 181-i (21%) sosial şəbəkələr vasitəsilə, 41-i (4.75%) isə  yazılı ərizə formasında ünvanlanıb.

Daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşların əsas problemi işsizlik, maddi yardım, torpaq sahəsinin ayrılmasına köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicə ilə bağlı dəstək, təqaüdə çıxmağa köməklik, işlədikləri müəssisələrin rəhbərlərinin fəaliyyətindən şikayətlər  və s. məsələlərlə bağlıdır.

Yazılı formada daxil olmuş 41 ərizə baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. Müraciətlərin 5-i Mərkəzi İcra Hakimiyyəti orqanlarına, 9-u Yerli İcra hakimiyyəti orqanlarına, 2-i Azərsu ASC və Azərişıq ASC-yə, 4-ü digər qurumlara göndərilib, 5 müraciət üzrə vətəndaşlara əsaslandırılmış cavablar verilib, 16 müraciət isə  icra mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31