Baş Nazir Mixail Mişustini təbrik etdi

İyunun 12-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirilib ki, Baş Nazir Əli Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb. 

Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31