“Bu, Azərbaycan diplomatiyasının uğurudur" - Səməd Seyidov
12 İyun 2020 15:09 SiyasətAvropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğurudur.
Olaylar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün parlamentin keçirilən iclasında bildirib.
Səməd Seyidov bunu Avropa Parlamentinin obyektiv qərarı kimi qiymətləndirib. Deputat Tural Gəncəliyev də Səməd Seyidovun fikirlərini dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31