Məcburi köçkünlər Prezidentin daxili və xarici siyasətini dəstəkləyirlər

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyatımızın bütün sahələrini əhatə edən islahatlar paketi, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq imzaladığı fərman və sərəncamlar respublikamızın hər bir sakinində məmnunluqla qarşılanır, təqdir edilir. Elə bu səbəbdəndir ki, dövlət başçısının ölkə vətəndaşları arasında olan reytinqi, nüfuzu hər ötən gün bir qədər də artır. Cəmiyyətimizin bütün təbəqələri hazırda dövlət başçısına güvənir, ona etimad göstərir və etibar edir.

Cəmiyyətimizin ən həssas təbəqəsi sayılan məcburi köçkünlər də Azərbaycan Prezidentinin siyasətini dəstəkləyərək, ona inam nümayiş etdirirlər.  Xüsusilə, dünyanı bürüyən koronavirus pandemiyası dövründə də dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğı ilə yanaşması, onlar üçün yeni yaşayış binasının istifadəyə verilməsi, həmçinin əhalinin sağlamlığı məqsədilə yeni tibb müəssisələrinin istifadə verilməsi məcburi köçkünlər tərəfindən alqışlanır, dəstək görür.

Məcburi köçkün, Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi, əməkdar müəllim Telli Alıyeva deyir ki, Azərbaycan dövləti böyük məsuliyyətlə ölkə daxilində əməli addımlar atılmasına diqqəti artırdı: "Bu günlərdə yeni xəstəxanaların açılışında Prezidentimizin dediyi kimi qarşısında iki seçim var idi: ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Çünki dövlət başçısı hələ prezidentliyinin ilk illərində dediyi "Mən hər bir azərbaycanlının prezidentiyəm!" sözü özünü bugünki dövlətçilik fəaliyyətində açıq-aydın göstərdi ki, prezident doğru olaraq öz xalqının sağlamlığını birinci yerdə götürür. Tezliklə ölkəmizdə xəstəliklə mübarizə üçün xəstəxanaların tikilməsi, 20-dən artıq labaratoriyaların açılması, ölkədə 20-dən artıq xəstəxananın koronavirus xəstələrinin müalicəsinə aid edilməsi, "Yeni klinikanın"- 500 yerlik xəstəxananın bu tezliklə mübarizə üçün yaradılması sübut edir ki, dövlət başçısı üçün əsas məsələ xalqının sağlamlığıdır. Azərbaycanda ən çətin günlərdə xaricdən alınan avadanlıqların quraşdırılması ilə Sumqayıtda tibbi maska , dezinfeksiya maddələrinin hazırlanması və həkimlərə qoruyucu geyimlərin hazırlanması üçün açılan müəssisə onun xalqına olan böyük sevgisi və qayğısıdır. ÜŞT-nin rəhbərliyi tərəfindən dövlətimizin virusla mübarizəsi nümunə kimi digər dövlətlərə göstərilməsi xalqımız üçün fəxarətdir."Biz birlikdə güclüyük" devizi hamımız üçün vacibdir, biz qoyulan xüsusi karantin qaydalarına evdə, işdə lazım olan tibbi qaydalara düzgün əməl etməklə Prezidentimizin xalqına olan etimadını doğruldarıq". Məcburi köçkün deyir ki, dünya dövlətlərinə görə Azərbaycanda pandemiya qurbanlarının sayı və ölüm halları çox aşağıdır: "Bu işdə bizim həkimlərimizin, tibb bacılarının zəhmətini itirməmək üçün hər birimiz bu çağrışlara qoşulmalıyıq. Ən böyük dövlətlərdə belə xəstəliyin müalicəsi üçün xəstəxanalarda yer çatmır, ancaq evdə müalicə olunurlar, amma Azərbaycanda müalicə üçün lazım olan vəsaitin ayrılması ilə hər bir müalicə tədbirləri aparılır. Məni təsirləndirən sözlərdən biri də hər prezidentimizin xəstəxanaların açılışında həkimlərə böyük təşəkkürünü bildirməklə ayaqüstə həkimlərin şərəfinə alqışlar etməsidir. Biz dövlətimizlə birlikdə olmalıyıq. Prezidentin maraqlı bir çıxışında diqqətimi cəlb etdi: Mənə hər gün çoxlu sayda təbriklər, təşəkkürlər gəldiyi halda, erməni rəhbərliyinə çoxlu sayda lənətlə dolu məktublar gəlir, çünki onlarda koronavirusla mübarizə çox aşağı səviyyədədir, ölüm halları artır. Mən xalqımızı prezidentimizin çağrışına, əməli fəaliyyətinə dəstək olmağa çağırıram. Əgər biz qaydalara düzgün əməl etsək, tezliklə koronavirus pandemiyasına qalib gələrik".

Məcburi köçkün  Anar İbrahimov isə diqətti dövlət başçısının Ermənistan, erməni rəhbərliyi üzərindəki diplomatik üstünlüyə çəkib. Bildirib ki, Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər xocavəndlilərin ürəyincə oldu: "Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi kimi məni  bir neçıə gün əvvəl Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı proqram xarakterli çıxışı çox qürurlandırdı. Dövlət başçısı qeyd etdi ki, qondarma rejim tərəfindən keçirilmiş bu seçkilərin nəticəsi heç bir dünya dövləti tərəfindən tanınmayıb. Hətta uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri - Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Təəsüf hissi ilə qeyd etməliyik ki, Qondarma Dağlıq Qarabağda keçirilmiş Cənab Prezident İlham Əliyevin təəbrincə desək şou və təlxəklər tamaşasına Avropa Şurası münasibət bildirmədi. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Dünyada gedən proseslərə biganə qalan bu dırnaqarası təşkilat nədənsə Azərbaycanda sosial-iqtisadi, mədəni, ictimai-siyasi sahəhələrdə həyata keçirilən bütün islahatlara qarayaxma ilə məşğuldur. Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı2.

Anar İbrahimov bu gün dünyada cərayan edən proseslərə diqqət çəkərək bildirib ki, ABŞ-ın Minneapolis şəhərində "Nəfəs ala bilmirəm" deyən silahsız qaradərili Corc Floydun ölümünə münasibət bildirməməsi insanda bir ikrah hissi oyadır: "Hanı haqq-ədalət bir günahsız əli yalın insanı irqinə görə qanun keçikçisi küçənin ortasında silahdan açılan atəşlə qətlə yetirirsə budurmu Avropa Şurasının ədaləti. Göründüyü kimi "bu ədalət carçısı" kim güclüdürsə, ondan qorxur. Həmin dövlətdə gedən proseslərə nəinki münasibət bildirir bu məsələləri görməzlikdən gəlir. Natiq Cənab Prezidentin qeyd etdiyi kimi, iki Azərbaycan vətəndaşının 2014-cü ilin iyun ayında öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən tutularaq qondarma DQR mühakimə olunmasına AŞPA-nın biganə qalmasının bir daha Azərbaycan Respublikasına qarşı ikili standarların mövcudluğundan xəbər verdiyini təəsüflə qeyd etdi. Artıq 6 il keçməsinə baxmayaraq, əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalması dünyanın gözü önündə baş verir və ən təsirlisi isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı hər hansı fikir sərgiləmirlər".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31