Bəhreyn Krallığının vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
12 İyun 2020 13:49 SiyasətBəhreyn Krallığının vəliəhdi, Ali Baş Komandanın müavini, Nazirlər Şurası sədrinin birinci müavini Salman bin Həməd Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31