“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik ediləcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq "Məhkəmə-Hüquq Şurası haqqında"Qanunun maddəsinə cəmi bir dəyişiklik ediləcək.

"Məhkəmə-Hüquq Şurası haqqında" Qanununun 13.3-1-ci maddəsinin birinci cümləsinə "peşəkar çatışmazlıqlar" sözlərindən sonra ", o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar" sözləri əlavə edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31