Ermənistanın təhlükəsizliyi təhdid altındadır - TƏHLİL

Ermənilər kritik bir nöqtəyə çatıblar və cəhənnəmə gedirlər

Dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizədə əziyyət çəkən ölkələrin olduğu heç kimə sirr deyil. Xüsusən, iqtisadi cəhətdən zəif inkişaf etmiş, üstəlik koronavirusa qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirilməyən ölkələrdə təhlükə artmaqda davam edir. Elə bu səbəbdən də beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələr humanitar yardımları davam etdirilər. Etiraf edilməlidir ki, Azərbaycan Respublikası koronavirusdan əziyət çəkən ölkələrə humanitar yardım edən ölkələr sırasında öndə gedir. Artıq Azərbaycan dövləti 30-a yaxın ölkəyə öz dəstəyini göstərib. Lakin koronavirusa qarşı mübarizədə xalqı deyil, şəxsi mənafelərini güdən rəhbərlərin təmsil olunduğu ölkələrdə vəziyyət kritik həddə çatıb. Belə ölkələrdən biri də işğalçı Ermənistandır ki, artıq bu ölkə humanitar yardım üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Məlumat üçün qeyd edək ki, Ermənistan rəhbərliyi dünyanın koronavirusa qarşı mübarizə apardığı bir məqamda xalqın, millətin təhlükəsizliyi və sağlamlığını qorumaq əvəzinə, məkrli niyyətini həyata keçirməyə üstünlük verərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma seçkilər keçirməklə məşğul idi. Ardınca işğalçı dövlətin baş naziri Nikol Paşinyan pandemiyaya qarşı mübarizənin öhdəsindən gələ bilməyəcəyini dərk edərək özünün koronavirusa yoluxması barədə dövriyəyə dezinformasiya buraxdı. Lakin reallıq ondan ibarətdir ki, hazırda bu ölkədə vəziyyət idarəolunmaz həddə çatıb. Artıq  yerli mütəxəssislər Rusiya mətbuatında "həyəcan təbili şalmağa" başlayıblar.  

Rusiya mətbuatında qeyd edilir ki, Ermənistanın COVID-19 ilə mübarizəni uduzan dövlətlər siyahısına düşmək üçün hər çür şansı əldə edib. Çünki bu ölkədə koronavirusa yoluxma halları artmaqda davam edir. Vəziyyəti ağır olan xəstələrin sayı o həddə çatıb ki, ölkənin səhiyyə sisteminin ehtiyatları mövcud vəziyyəti aradan qaldırmaq iqtidarında deyil. Profilaktik, sanitar-gigienik, inzibati, maarifləndirici tədbirlərin tətbiqi əvəzinə, hakimiyyət karantin qaydalarını pozan vətəndaşların sosial şəbəkələrdə rüsvay edilməsilə kifayətlənir. Nəticədə vətəndaşlar epidemioloji təhlükəsizlik qaydalarına riayət etmək vərdişinə yiyələnə bilməyiblər. Konkret olaraq Rusiyaya məxsus "Lenta.ru" saytındakı məqalədə Ermənistanda epidemiyanın ikinci dalğası barədə, eləcə də virusun respublika əhalisini necə təhdid etdiyi haqda real vəziyyət izah olunub. Bildirilib ki, baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində canlı yayımda vətəndaşları xəbərlərlə şoka saldı və bildirdi ki, "epidemioloji fəlakət" var və o, özünün bütün ailəsi ilə koronavirus xıstısidir və bu xəstəlik onlarda asimptomatikdir. Ermənistanda vəziyyət həqiqətən də pisləşib. Bütün dünya məhdudiyyətləri qaldırır və koronavirus epidemiyasının azalmasını qeyd edir, amma Ermənistanda xəstələrin sayı üç dəfə artıb. Mayın 20-də ölkədə koronavirusa yoluxan rəsmi olaraq təsdiq edilmiş 5606, iyunun 10-da isə 14 103 nəfər olub. Ölənlərin sayı da kəskin şəkildə artıb. Ölkədə bütün epidemiya dövründə qeydə alınan ölüm halları da 160-dan 227-yə qalxıb. Bu dövrdə koronavirusa yoluxmuşdularsa da, daha 77 nəfər "digər səbəblərdən" ölüblər. Koronavirus xəstələrini öldürən bu "başqa səbəblər" nələrdir və niyə bu səbəblərə görə ölümlər çoxdur və bunu heç kim izah etmir. Ancaq hadisələrin daha da pis olduğuna inanmaq üçün bir səbəb var. Məsələn, 1 iyun tarixində həkimlər 1249 nəfərdə müayinə aparıblar, təxminən yarısında müsbət nəticə göstərib, xəstəlik aşkarlanıb. Eyni zamanda, orta hesabla gündə iki mindən çox test aparılmır və kifayət qədər resurs yoxdur. Qismən real fəlakət dərəcəsi səlahiyyətlilər tərəfindən tanınır da. Paşinyan özü iyunun 7-də bəzi "analitik məlumatları" yayımlayıb ki, bu yayımlamalara görə Ermənistanda 100 min yoluxmuş insan olmalı idi. Daha sonra baş nazir postu redaktə edib və bu məlumatları silib. Hakimiyyət bu günə qədər başqa bir tədbir görmək niyyətində deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarının epidemiya ilə mübarizə aparmayacağına işarə edib. Çünki problemi həll edə biləcək "belə güc strukturu" yoxdur axı.

Baş nazirin çəkdiyi fotolar, həqiqətən, epidemiya zamanı elementar davranış qaydalarına əməl etməyən kütlə izdihamını göstərir. Maskalar və əlcəklər yoxdur və əgər olanlar varsa da, maska çənə altına endirilib və ya burun örtülmür. İnsanlar qruplarla, sosial məsafə gözlənilmədən toplanır, cərgələrdə dayanır, ümumiyyətlə məsafə də saxlamırlar. Bu görüntülərdən görünür ki, epidemiyanın zirvəsini yaşayan bir ölkədə müsbət istiqamətdə heç nə söyləmək mümkün deyil. Heç bir xəbərdarlıq yoxdur, heç kim, o cümlədən baş nazirin özü də təhlükəsizlik tədbirlərinə riayət etməyib. Bu da öz növbəsində acınacaqlı halları vəd edir. Fakt budur ki, insanların əksəriyyəti virusa çox laqeyd yanaşırlar. Ermənilərin daha az savadlı həmvətənləri Bill Qeyts və ya bir qrup "dünya sui-qəsdçiləri"-nin virusun məcburi peyvənd etmə məqsədi ilə ortaya atıldığına, bəşəriyyəti əsarət altına almaq üçün bir məqsəd daşıdığına inanırlar. Ən acınacaqlısı odur ki, bəzi hallarda koronavirus haqqında dezinformasiya həkimlərin özləri tərəfindən bilərəkdən və ya peşəkar uyğunsuzluq səbəbindən yayılır. Məsələn, Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü, təlim keçən tibb həkimi Marina Xaçatryan, koronavirusun çox məqsədlərə uyğun hazırlanmış bioloji bir silah olduğunu söyləyib. Bu kimi səbələrdən virusa yoluxanlar  hər hansı bir xəstəliyin əlamətlərinə uyğun olaraq antibiotik qəbul edir, xalq təbabəti reseptinə əməl edirlər. Ermənistanda əslində antibiotiklər rəsmi olaraq bir neçə ildir ki, qadağandır, amma bu qadağa da tətbiq edilmir. Bu ölkədə insanlar antibiotiklərin koronavirusun müalicəsinə köməkçi olmadığını bilmədən həblər atırlar və sağaldıqlarını düşünərək küçəyə çıxırlar. Ekspertlər hesab edirlər ki, Ermənistanda acınacaqlı vəzyittəin yaranmasına səbəb ölkə rəhbərliyinin real vəziyyəti düzgün qiymətləndirə bilməməsi və baş verənlərə biganə yanaşmasıdır. Xatırladaq ki, Ermənistanda koronavirusa ilk yoluxmuş şəxsin aşkarlandığı gün, ölkənin ən populyar Facebook bloggeri Pashinyan, epidemiyanı canlı olaraq istehza edərək "Ümumiyyətlə bu koronavirus kimin itidir" deyə bir istehzalı sualla status paylaşıb. Səhiyyə Nazirliyinin rəhbəri Arsen Torosyan isə, bundan bir neçə gün əvvəl danışaraq, virusun o qədər də təhlükəli olmadığını, bunun səbəbi ilə sərt tədbirlərin görülməsinə ehtiyac olmadığını iddia edib. Halbuki, o dövrdə ÜST, COVID-19-ın yayılmasını beynəlxalq miqyasda təcili vəziyyət kimi tanıyıb. Hazırda Ermənistandakı mövcud vəziyyət təkcə ölkə daxilində deyil, eləcə də kənardan izlənilərək qiymətləndirilir. Siyasi təhlilçilər və politoloqlar Nikol Paşinyanın öz maraqları naminə etdiyi hiyləgərliklər açılıb ortaya qoyur, lağlağa obyekyinə çevirirlər.  Məsələn, Ermənistanın baş naziri Paşinyanın karantin pozduğu üçün üç əsas təhlükəsizlik işçisini dərhal cəzalandırmaq qərarını "Vzqlyad" qəzetinə müsahibəsində politoloq Vladimir Lepexin də şərh edib və bir sıra məqamları ictimaiyyətin diqqətinə çatdırıb. O, qeyd edib ki, ermənilərin əksəriyyəti istefaların son seriyalarını dəstəkləməyəcək. Politoloq vurğulayır ki, Ermənistan cəmiyyətində kifayət qədər ciddi bir parçalanma var və baş nazirin populyarlığı bir neçə aydır ki, aşağı düşür. Avrasiya İqtisadi İnstitutunun baş direktoru Vladimir Lepexin həmçinin diqqətə çatdırır ki, Paşinyanın populyarlıq səviyyəsinin aşağı düşməsinə səbəb pandemiya zamanı etdiyi hiyləgər hərəkətləri, eləcə də kadr siyasətinin səmərəsiz olmasıdır. Həmçinin qeyd edir ki, baş nazir ya yeni nazirlər təyin edir, ya da tezliklə vəzifəsindən azad edir və kiçik bir ölkədə istefalar sürətlə artır. Qətiyyətlə demək olar ki, bu ölkədə narazılıqlar dalğansının rezonans doğurduğu da artıq sirr deyil. Ələlxüsus, Ermənistanın keçmiş hakimiyyətinin nümayəndələri, Paşinyanın və onun komandasının, yeni hakimiyyətin vəzifədən uzaqlaşdırdıqlarının narazılıqları ictimai fikirdə xüsusi çəkiyə malikdir. Xüsusən, erməni cəmiyyətində xüsusi "avtoritet" sahibi olan Milli Təhlükəsilik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanesyan kimiləri açıq-aşkar şəkildə Paşinyan hakimiyyətinin qüsurlarını, uğursuzluqlarını sadalayırlar və hətta erməni mediasında da bu fikirlər işıqlandırılır. Məsələn, eks MTX rəhbəri yeni təyinatlara kəskin reaksiyasını gizlətmir və "Yerkir Media" telekanalına müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru açıq-aşkar bəyan və etiraf edir ki, Ermənistanın təhlükəsizliyi təhdid altındadır. O, qeyd edir ki, 29 yaşlı Arqişti Karamyanın Milli Təhlükəsizlik Xidmətinə direktor təyin edilməsi Ermənistan üçün ən böyük təhlükədir. Vanesyan bu təyinata mənfi münasibətini gizlətməyib və haqlı olaraq Paşinyana, onun komandasına iradını bildirərək xatırladıb ki, milli təhlükəsizlik xidməti onlar üçün iqtisadi məsələr, yaxud korrupsiya məsələləri ilə bağlı cinayətlərlə müqaisə ediləcək deyil və bu posta səriştəsiz, heç zaman bu strukturda çalışmayan, tamamilə məlumatsız birinin təyin edilməsi ölkə üçün çox böyük bir təhlükədir. Həmçinin xatırladıb ki, tamamilə səriştəsiz, güc strukturları barədə məlumatsız biri çox təhlükəli informasiyaların daşıyıcısı olacaq ki, bu indiki hakimiyyətin ağlına sığmayacaq dərəcədə təhlükəlidir. Görüntü ondan ibarətdir ki, Ermənistan dövlətinin çökəcəyi an heç də uzaqda deyil.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31