Ermənistan COVID-19 qarşısında necə diz çökdü?

Lenta.ru: "Virus ilk problem oldu ki, Paşinyan və komandası onu əvvəlki hakimiyyətin üzərinə ata bilmədi..."

Ermənistan COVID-19 koronavirus infeksiyası ilə mübarizə edən və uduzan ölkələrin sırasına düşmək üçün bütün şanslarını qoruyub-saxlamaqdadır. Ölkədə yenidən yoluxma sayının artması yönündə partlayış müşahidə olunmaqdadır. Ağır vəziyyətdə olan pasientlərin sayı artır, səhiyyə sisteminin resursları tükənir. Ancaq buna baxmayaraq, hakimiyyət sosial şəbəkələrdə küçələrdə maskasız gəzən vətəndaşları hədəfə alaraq onları utandırmağa çalışır. Vətəndaşlar isə utanmağa tələsmirlər, çünki epidemiyanın əvvəl vaxtlarından heç kim epidemioloji təhlükəsizlik qaydalarına riayət etməyib. Bununla yanaşı, vətəndaşların əksəriyyəti KİV-lər və tanınmış ictimai xadimlər tərəfindən səsləndirilən COVID-19-un konspiroloji teoremlərinə inanırlar. SİA xəbər verir ki, hazırda Ermənistanda mövcud vəziyyətlə bağlı Rusiyanın lenta.ru saytında geniş məqalə dərc olunub və ölkənin ciddi təhlükə riskləri ilə üz-üzə qaldığı barədə faktlara toxunulub.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən çərşənbə Facebook vasitəsi ilə canlı efirə çıxıb və vətəndaşları çaşqınlığa salan xəbər verib - ölkə epidemioloji böhrandadır və onun özü də COVID-19-a yoluxub, eləcə də ailəsi həmin infeksiyanın simptomsuz daşıyıcılarına çevrilib.

Dəhşətli statistika, qorxulu rəqəmlər...

Ölkədəki vəziyyət həqiqətən də pisləşib: dünya ölkələrinin koronavirus epidemiyasının yoluxma riskinin azalmasından sonra məhdudiyyətləri aradan qaldırdığı bir zamanda Ermənistanda xəstələnənlərin sayı 3 dəfə artıb.

Mayn 20-də ölkədə rəsmi olaraq 5606 yoluxma halı göstərilib, iyunun 10-da isə artıq 14103 nəfər xəstələnən var. Ölüm sayları da sürətlə artıb - ölkədə 227 ölümdən 160-ı həyatını itirib. 77 nəfər isə koronavirusa yoluxsalar da, onlar "digər səbəblərdən" həyatlarını itiriblər. "Digər səbəblər" deyərkən nə nəzərdə tutulur və nəyə görə həmin "səbəblərdən" ölənlər bu qədər çoxdur - kimsə anlatmır...

Lakin kifayət qədər ehtimal etmək olar ki, reallıqda hər şey daha betərdir. Məsələn, iyunun 1-də həkimlər 1249 nəfərdən analiz götürüblər və təxminən yarısında müsbət rəylər çıxıb. Bununla yanaşı, sukta ərizndə 2 mindən artıq test keçirilmir, resurslar çatışmır. Artıq böhranın real masştablarını hakimiyyət də hissə-hissə qəbul etməyə başlayıb. Paşinyanın özü iyunun 7-də bəzi "analitik məlumatları" dərc edib. Həmin vaxt Ermənistanda 100 min yoluxan qeydə alınmışdı. Sonradan baş nazir həmin dərcini redaktə edib və həmin məlumatları silib.

Siruasiyanın pisləşməsində hakimiyyət vətəndaşları ititham edir - Paşinyan bildirib kiŞ xalq kütləvi şəkildə təhlükəsizlik ölçülərini rədd edir, xüsusilə İrəvanda. Baş nazir pozucularla mübarizəsini də Facebook vasitəsi ilə aparır, periodik şəkildə insanların küçələrdə maskasız gəzdikləri, sosial məsafə saxlamadıqları fotoşəkillərini yayır. O, sosial şəbəkələrin digər istifadəçilərini də "kütləvi antiepidemioloji hərəkata" qoşulmağa çağırır. Hakimiyyət heç bir başqa ölçülər tətbiq etməyə tələsmir. Paşinyan artıq eyham vurub ki, hüquq-mühafizə orqanları epidemiya ilə mübarizə aparmayacaqlar, çünki həmin məsələni həll edə biləcək belə bir "güc strukturu yoxdur".

Erməni təxəyyülü "erməni geninin pozulması" iddiasını irəli sürür

Məqalədə digər məsələlərə də toxululur və qeyd edilir ki, kütlənin böyük hssəsi virusa ciddi yanaşmır və buna iki səbəb də gətirilir. Birincisi - "məndən yan keçəcək" və qonşu barədə ümumiyyətlə düşünməmək, ikincisi isə konspiroloji teoremlərdir. Erməniçilik yanaşmasındakı nağıllar sıyahısında yalan elmlərdən tutmuş digər bir sıra gülməli teoremlər mövcuddur. Kimsə inanır ki, COVID-19 təhlükəsinə görə adi soyuqdəymə ilə eynilik təşkil edir. Bir az maariflənmiş şəxslər isə əmindirlər ki, virusu Bil Geyts hazırlatdırıb və insanların bədənlərinə vaksinasiya yolu ilə çip salmaqğa çalışırlar. Absurd hipotezlərlə də çıxış edənlər tapılır. Belə ki, epidemiyanın yaranmasına səbəb 5G qüllələrinin qurulmasıdır, halbuki Ermənistanda belə bir qurğu yoxdur, yoxdursa, demək ki, koronavirus da yoxuymuş...

Digər tərəfdən, adamlar "tanışlarının həyatlarında baş verən hadisələr" barədə danışırlar. Guya ölən insanların qohumlarına həkimlər yaxınlaşır və bir-iki yüz dollar təklif edərək, ölən şəxsin koronavirusdan həyatını itirdiyini ölüm tarixçəsinə qeyd etməyi istəyirlər. Belə antiaşıçılar iddia edirlər ki, guya hakimiyyət güc yolu ilə hər kəsi aşılamağa çalışır. Aşı isə bu insanların təxəyyüllərndə qəsdən yoluxdurma iddiasına yönəlir - sonsuzluq və digər hallar "erməni genini" pozur və s...

Ən kədərlisi isə koronavirusla bağlı dezinformasiyaları həkimlərin özlərinin yaymasıdır, lakin bunun qəsdən, bilə-bilə edilməsi, ya da həkimlərin öz peşələrini dərindən bilməməsi isə bəlli deyil. Məsələn, İrəvanın ictimai şurasının sabiq üzvü Marina Xaçatryan peşəsinə görə həkimdir, o deyir ki, koronavirus biloloji silahdır və illər sonraya hesablanmış hədəflərə görə hazırlanıb.

Bütün bu məsələlərlə yanaşı, lenta.ru yenidən Paşinyanın fəaliyyətinə nəzər salaraq onun əvvəl vaxtdan məsuliyyətsizliyini göstərib. Sayt yazır ki, əgər zamanında konspiroloqların təhlükəli fəaliyyətinin qarşısı alınsaydı, indi belə danışmazdılar. Ancaq bu baş vermədi. Əksinə, martın 1-də Ermənistanda ilk yoluxma halı qeydə alınarkən, ölkənin ən populyar Facebook blogeri Paşinyan canlı efirdə epidemiyanı məsxərəyə qoydu və hətta "koronavirus ümumiyyətlə kimin köpəyidir", deyə istehza edib.

Paşinyandan iki gün əvvəl isə ölkənin səhiyyə naziri Arsen Torosyan çıxış edərək virusun elə də təhlükəli olmadığını deyib və ona görə ciddi ölçülərin tətbiq edilməsinə ehtiyacın olmadığını bildirib. Halbuki ÜST beynəlxalq miqyasda fövqəladə halın yarandığını bəyan etmişdi.

Virus ilk problem oldu ki, Paşinyan və komandası onu əvvəlki hakimiyyətin üzərinə ata bilmədi...

Ölkəsinin bir nömrəli Facebook-blogeri - Paşinyanın axmaq nümunələri

Məqalədə həmçinin bildirilir ki, baş nazir iki dəfə axmaq nümunə göstərdi. Misal üçün, yayımların birində o iddia edirdi ki, simptomsuz xəstələnmək təbii aşılanmadır və özünün də bu prosesdən keçməsini istəyir. Mayın sonlarında isə, Paşinyan Qarabağda təntənəli şam yeməsinə qatılaraq pandemiyanın qızışdığı vaxtda bütün qaydaları pozdu. Sonra isə baş nazir özünün yoluxmasını orada (Qarabağda) ofisiantların olduğuna işarə edərək, onlardan yoluxduğunu bildirdi.

Lenta.ru karantinin və digər ölçülərin heç bir səmərə vermədiyi qeyd etməklə yanaşı, Ermənistanın iqtisadiyyatına da zərbə vurduğunu yazır. Karantin rejimini pozanlara qarşı elə də ciddi ölçülər götürülmədi, lakin pozuculuq halları o qədər böyük masşatablı oldu ki, əgər polis onların hər birini saxlasaydı, bu zaman ölkə əhalisinin yarıdan çoxu saxlanılanlar sırasında olardı.

Paşinyanın təhlükə ilə bağlı bəyanatından sonra polis anidən fəaliyyətsizlikdən fəaliyyətə keçdi və indi insanları 4-5 naryadlı polislər saxlayır, qollarını burur, yerə yıxır, boğur, ta ki, saxlanılanlar qışqırana qədər. Təəssüf ki, onlar amerikalı həmkarlarının kədərli səriştələrindən nəticə çıxarmayıblar, hansı ki, indi ABŞ irqçilik müharibəsi ərəfəsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31