“Özlərini xalqdan nə qədər təcrid etdiklərinin fərqinə varmırlar” – BƏHRUZ QULİYEV
11 İyun 2020 14:22 Siyasət"Qaragüruhçu müxalifət təmsilçilərinin keçirdikləri virtual iclasları əslində bir daha həmin qrupların daxili mahiyyətlərini ortaya çıxardı və bəlli oldu ki, onlar nəinki hakimiyyətə gəllmək, hətta müxalifət olaraq belə cəmiyyətə, ölkəyə heç bir yarar verə bilmək qabiliyyətində deyillər". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Milli Şura" rəhbərliyinin və AXCP-nin rəyasət heyətinin "zoom" iclaslarında səsləndirdikləri təhqir və həqarətlərə münasibətini açıqlayarkən deyib.
"Yalnız söyüş, təhqir və yersiz ittihamlarla siyasətdə uğur qazanacaqlarını düşünən qruplar reallıqda özlərini xalqdan nə qədər təcrid etdiklərinin fərqinə varmırlar ", deyən Bəhruz Quliyev hesab edir ki, burada dayanan məqamlardan biri onların xalqın adından danışaraq gündəmdə qalmaq marağıdır: "Ancaq göründüyü kimi, xalq, sağlam düşüncəli ictimai rəy qaragüruhçuluq tendensiyalarından çoxdan imtina edib və hazırda qarşılıqlı ittihamlar yalnız şəxsi maraqlar üzərində dayanmaqdadır. Əgər bu gün "Milli Şura"nın sədri, özü də düşərgədə "professor", "ziyalı" kimi təqdim olunan şəxs hakimiyyətlə dialoqa gedən sağlam, konstruktiv müxalifəti sözlə ifadə edilməyəcək ifadələrlə təhqirə məruz qoyursa, demək onların hansı "əxlaqa" malik olmaları göz qabağındadır. Daha doğrusu, "ziyalı" adlandırılan fərd burada özünün aşkar tərbiyəsizliyini etiraf edir. Yaxud, onun tərbiyəsiz ifadələrinə dəstək göstərən digərləri də eyni müstəvidən çıxış edərək, əxlaq dəyərlərindən, milli dəyərlərdən nə qədər uzaqq olduqlarını sübuta yetirirlər. Sual oluna bilər ki, məgər düşərgənin digər cinahlarında olan müxalifətçilər də azərbaycanlı deyillərmi? Çirkin siyasi məqsədlər üçün öz xalqının nümayəndəsini təhqirlərə məruz qoymaq nə qədər doğru hesab edilə bilər..?"
"Və ya götürək AXCP-nin rəyasət heyətinin iclasında cəbhəçilərin müsavatçılara qarşı, ya da müsavatçıların sosial şəbəkələrdə cəbhəçilərə qarşı eyni münasibətlərini. Axı bu cür siyasətlə onlar hansı siyasi uğurlara, qalibiyyətlərə ümid edirlər?", sualını önə sürən baş redaktor bildirib ki, bütün bunlar həmin "qüvvələrin" 90-cı illərin ab-havasında qaldıqlarının bariz sübutudur: "O cümlədən, mediada bu kimi dırnaqrarası milli demokratlar, sözdə müxalifətçilər üçün illər öncədən bənzətmə ad da yayılmışdı - "çayxana müxalifəti". İndi həmin müxalifət transfer olunub "Facebook"a, "YouTube"yə və s. sosial şəbəkələrə. Onlar ölkəmizdə mövcud olan yüskək informasiya texnologiyalarının, intenet azadlığının imkanlarından yararlansalar da, təfəkkürləri məhz "çayxana" masalarından o tərəfə inkişaf etməyib. Bu faktdır və son günər bir daha həmin halı açıq-aşkar müşahidə etməkdəyik".
Siyasi eksepert hesab edir ki, opnların dava-dalaşları qrant, maliyyə qazancı davalarıdır: "Siyasi yetkinlik baxımından və illərdir ki, sözügedən düşərgədəki prosesləri izləyən media mənsubu olmağımdan istifadə edərək deyə bilərəm ki, əgər ənənəvi düşərgədə bir partiya digərindən üstün mövqeyə çıxmağa başlayırsa, dərhal ona qarşı istər siyasi, istərsə də şəxsi qısqanclıq hissləri yaranır, həmin partiyanın fəaliyyətinə xələl vurulması üçün söyüş, təhqir kampaniyalarına start verilir. Çünki məqsəd qrant və maliyyə dəstəyinin əlsə edilməsidir. Bir partiya digər partiyanın ondan daha çox maliyyə əldə etməsini həzm edə bilmir. Budur reallıq və son günlər düşərgədə müşahidə edilən qalmaqallı fikirlər sözügedən "zümrənin" siyasi yoxluğa boşluğa yuvarlanması prosesini süərətləndirir".
Ay An