Əli Orucov:"Onsuz da onlar çoxdan özlərini tədric ediblər”
11 İyun 2020 13:24 SiyasətAXCP İdarə Heyətinin 29 aprel 2020-ci ildə keçirilən videokonfransında Müsavat rəhbərliyi elədə jurnalistlər açıq şəkildə təhqir olunub. Sosial şəbəkələrdə iclasın videosu yayılıb. Toplantıda bir sıra müxalifətçilərə qarşı ağır təhqirlər yer alıb. AXCP idarə heyətini üzvü Məmməd İbrahim çıxışında bildirib ki, indi onları bəlkə də öz sədrləri, Mustafa Hacıbəyli yığıb gətirib: "Hardasa nəsə olacaq. Onlar gördülər ki, məqamdı və düşündülər ki, bütün hamı üstümüzə gəlir, vurmağın tam vaxtıdır. Müsavat elə bildi ki, yenə dirilib qabağa keçəcək. Əslində, belə hadisələr təkrarlanacaq. Hardasa nəsə yazılsa, yenə onlar iştirak edəcək".
AXCP idarə heyətində müxalifətçilərin açıq şəkildə təhqir olunmasına münasibət bildirən AMİP funksioneri Əli Orucov "Səs" qəzetinə açıqlamasında bildirib ki, siyasətçi ilk növbədə üstün keyfiyyətləri və davranışları ilə cəmiyyətdə bir nümunə olmalıdır: "Bəzən siyasətçinin illərlə böyük səy və zəhmət hesabına qazandığı nüfuzu yanlış bir hərəkəti ilə heçə enir. Siyasi rəqabət aparanda da ilk növbədə əxlaqi dəyərlər və etik normalar gözlənilməlidir. Təəssüf ki AXCP və "Milli Şura" bütün əndazələri aşır. Hərə öz səviyyəsini və qabiliyyətini göstərir. Cəmiyyətin özü hər kəsin layiq olduğu qiymətini verir. O ki qaldı Ə.Kərimlinin Müsavatı hədəf seçməsi bu iki partiya olan məsələdir, özləri həll etməlidirlər. Söyüş və təhqir heç kimə heç bir siyasətçiyə və siyasi quruma baş ucalığı gətirmir, əksinə gözdən-könüldən salır. Onsuz da onlar çoxdan özlərini tədric ediblər".