Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqləndi
10 İyun 2020 14:33 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31