“Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər” - TƏHLİL

İlham Əliyev: "Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik"

Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Vətəndaşların karantin rejiminə riayət rtməməsi səbəbindən indiyə qədər əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Ancaq nəzərə almaq lazımdır ki,  hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.

Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışında qeyd edib ki, indi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda: "Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır. Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik".

Göründüyü kimi koronavirusa qarşı mübarizə sahəsində dövlət lazım olan bütün addımları atıb. Daha doğrusu president İlham Əliyevin şəxsi təşəbbüsü ilə mümkün olandan da artıq işlər görülüb. Hazırda respblika üzrə modul tipli üç xəstəxana açılı, gələcəkdə onların sayı ona çatdıtılacaq ki, bu da iki min çarpayı deməkdir. Hətta koronavirusa qarşı mübarizə məqsədilə maddi-texniki baza yaradılması ilə paralel hökumət tərəfindən insanların ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. İstək isə ondan ibarətdir ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Etiraf edilməlidir ki, prezident İlham Əliyev vətəndaşların sağlamlığını üstün tutaraq bu istiqamətdə lazım olan bütün tapşırıqları verdi. Vətəndaşlara nümunə olsun deyə ölkədaxili səfərləri zamanı tibbi maskadan istifadə etdi. Məhz dövlət başçısının bu addımı hər bir vətəndaş üçün nümunə olmalıdır. O da sirr deyil ki, ölkə vətəndaşları dövlət başçısının koronavirusa qarşı mübarizə çərçivəsində gördüyü işi birmənalı olaraq dəstəkləyir və bundan məmnun olduqlarını prezidentə ünvanladıqları məktublarda ifadə edirlər. Təsadüfi deyil ki, dövlət başçısı bildirib ki, Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər: "Bütün bu məsələlərlə yanaşı, bir daha bundan sonrakı dövrə qayıtmaq istəyirəm. Azərbaycan vətəndaşları bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə "Biz birlikdə güclüyük!" birləşdirici şüar olmuşdur".

Birmənalı şəkildə qeyd etmək olar ki, hər bir Azərbaycan vətəndaşı dövlət tərəfinfən  koronavirus pandemiyasına qarşı görülən işlərin dəyərini çox yaxşı anlayır. Elə bu səbədən də prezident İlham Əliyevə güvənini ifadə edir. Qürurverici haldır ki, dövlət başçımız hər zaman vətəndaşların yanındadır. Əslində dövlət başçısı belə çətin məqamlarda atdığı addımları, verdiyi qərarları ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut edib. Ona görə də vətəndaşlar koronavirusa qarşı mübarizədə prezidentinlə sosial həmrəylik nümayiş etdirərək onun dəyərli tövsiyə və tələblərinə məsuliyyətlə yanaşıblar. Bu isə iqtidar-xalq buirliyinin bariz nümunəsidir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31