Məzhəkəli videokonfrans, yoxsa Milli Şuranın “inəyə ər” axtarışı?
9 İyun 2020 11:40 Siyasət"Bütün dünya koronavirusla mübarizəyə səfərbər olunduğu bir məqamda yaranmış vəziyyətdən məkirli niyyətlərini həyata keçirmək üçün fürsət axtaranlar daha da fəallışıblar. Ağrıdıcı məqam ondan ibarətdir ki, ssenarisi xaricidə antiAzərbaycan qüvvələri tərəfindən cızılan təxribatın ölkədə icrasına sahib çıxanlar elə "sapı özümüzdən olan baltalar"dır. El dilində buna "arxadan vurulan zərbə" deyilsə də, əslində ermənilərin məkirli siyasətinin icrasının göstəricisidir". Bunu "Olaylar"a deyən Milli Vəhdət Partiyasının funksioneri Alim Hüseynlinin sözlərinə görə, hazırda beynəlxalq siyasi arenada görüntü ondan ibarətdir ki, bütün siyasi qüvvələr bir araya gələrək millətin, xalqın və nəhayət dövlətin koronavirus pandemiyasından daha az itkilərlə çıxması üçün səylərini ortaya qoyublar: "Azərbaycanda isə siyasi mənzərə tamamilə fərqlidir. Siyasi proseslərin yedəyində sürünən dağıdıcı ünsürlər xalqı gözləyən təhlükədən xilas yolu təklif etmək, koronavirusa qarşı mübarizəyə dəstək olmaq əvəzinə, bu istiqamətdə görülən işləri gözdən salmaq yolu tutublar. Sirr deyil ki, Azərbaycanda həyata keçirilən siyasi islahatlar ölkədə mövcud siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşması ilə müşayət olunur. Artıq bir sıra siyasi partiyalar ümumilli problemlərin çözülməsi istiqamətində həmrəylik nümayiş etdirilər. Çox təssüf ki, bundan xoflanan, özünü radikal müxalifət kimi qələmə verən kəsim həyata keçirilən siyasi islahatlara kölgə salmaq məqsədilə siyasi intirğaya səbəb olacaq fikirlər irəli sürürlər. Elə "Milli Şura" adlanan qurumun mövqeyi dediklərimiz fikirləri bir daha təsdiqləmiş olur. Şura təmsilçisi Cəmil Həsənlinin saçına, saqqalına yaraşmayan ifadələri nəinki sözügedən qurumun, eləcə də orada təmsil olunanların intelektini ortaya qoymuş olur. Qurumun keçirdiyi məzhəkəli videokonfransda Həsənlinin dialoqa gedən siyasi partiyaları "tryapka" adlandırması onun cəmiyyətə, siyasi institutlara olan real münasibətinin təzahüründən başqa bir şey deyil. İdeya, təşəbbüs qıtlığından əzyyət çəkən məshəkə iştirakçılarının videokonfransda siyasi prosesləri analiz etmək, yeni təkliflərlə çıxış etmək əvəzinə "inək, buğa söhbəti etməsi, inəyə ər axtarması" əslində rəzalətdir. Bu kimi ifadələrin qurumda təmsil olunan qadının dilindən səslənməsi isə sözün bitdiyi andır".