Cinsi azlıqların fəal müdafiəçisi kimi tanınanların Azərbaycanın siyasi çevrəsinə təqdim etdiyi “yeniliklər” də bundan artıq olmayacaq
9 İyun 2020 11:03 Siyasət"Milli Şura adlanan qurumun onlayn iclaslarını izləyərkən belə qənaətə gəlmək olur ki, həmin iclasda iştirak edənlərin əksəriyyəti ya içkili vəziyyətdə, ya da digər bihuşedici maddələr qəbul edərək videobağlantıya qoşulurlar. Əks təqdirdə özlərini ölkənin əsas siyasi qüvvəsi hesab edən bu qurumun təmsilçiləri siyasi etikadan kənara çıxmaz, opponentlərinin ünvanına təhqir səsləndirməzdilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. O, bildirib ki, normal insan siyasi çevrə, siyasi fəaliyyət barədə müzakirə gedən zaman inəkdən, buğadan danışmaz: "Bildiyiniz kimi sözügedən qurumun son onlayn iclasında Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyətlə dialoqa gedən partiyaları öz siyasi mədəniyyətinə uyğun olaraq təhqir etdi. Nümayiş etdirilən bu siyasi tərbiyəsizlik azmış kimi, Gültəkin Hacıbəyli də öz növbəsində siyasi mövzuda gedən müzakirələrə heyvani hisslər əlavə etdi. Həmin onlayn iclasa baxan istənilən vətəndaş hesab edirəm mənimlə eyni mövqeni bölüşər ki, onlayn iclaslara qatılan həmin insanların əksəriyyəti efirə içkili vəziyyətdə qoşulur. Yersiz gülüşlər, siyasi etikaya zidd olan ifadələr səsləndirən həmin "siyasilər" indi gəlib cəmiyyətə dərs keçir, ağıl öyrədir". MVP rəsmisi deyib ki, bütün bunlar Milli Şura adlanan qurumda deqradasiya prosesinin getdiyini təsdiqləyir: "Əslində onlardan başqa bir yanaşma, siyasi mədəniyyət, normal siyasi davranış gözləmək də yersizdir. Cinsi azlıqların fəal müdafiəçisi kimi tanınanların Azərbaycanın siyasi çevrəsinə təqdim etdiyi "yeniliklər" də bundan artıq olmayacaq".
Süleyman İsmayılbəyli əmin olduğunu bildirib ki, bu kimi qeyri-etik davranış və siyasi mədəniyyətdən uzaq fəaliyyət ətraflarında olan məhdud sayda insanların da Milli Şuradan uzaqlaşmasına gətirib çıxaracaq.