"Milli Şura" çoxdan söyüş müxalifəti adını daşıyır

Mayis Səfərli: "Cəmil Həsənli Avropada erməni pulları ilə söyüş söyən dırnaqarası mühacirlərin ağsaqqalı olduğunu sübut etdi"

"Ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə hesablanmış addımların atılması göz qabağındadır. Bildiyiniz kimi, hələ ötən ilin sonlarında dövlət başçısı siyasi açılım elan etdi və fərq qoymadan bütün siyasi partiyaları dialoqa çağırdı. İqtidar - müxalifət münasibətlərinin yeni formatda qurulması, tərəflər arasında siyasi əlaqələrin, təmasların davamlı olması üçün Prezident Administrasiyasında yeni-Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı". Bunu "Olaylar"a deyən Yurddaş Pariyasının sədri Mayis Səfərlinin sözlərinə görə,  AXCP və Müsavatdan başqa bütün siyasi qüvvələr dialoqa qoşuldu. Cəmiyyətdə xoş ovqat yaradan bu hadisə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, çoxpartiyalılıq sisteminin inkişafı üçün güclü zəmin yaradır: "Indi hər kəsə yaxşı bəllidir ki, ölkəmizdə siyasi mübahisələri küçələrdə, meydanlarda deyil, masa arxasında çözmək imkanları vardır. Sözügedən iki partiyanın -AXCP və Müsavat- siyasi təmaslardan imtina etməsi başa düşülən deyil və cəmiyyətdə də buna münasibət neqativdir. Zənnimcə, özünütəcrid həmin partiyaların özlərinə mənfi təsir göstərir. İqtidar - müxalifət münasibətlərinin normallaşdırılmasına hər vəchlə qarşı çıxan "milli şura", son vaxtlar bütün etik normaları pozaraq, bu taleyüklü məsələnin altına çiyinlərini verənləri təhqir etməkdən belə çəkinmir. Əslində,ortaya heç bir siyasi fəaliyyət qoya bilməyən, ölkədəki ictimai-siyasi proseslərə zərrə qədər təsir edə biləcək gücü olmayan "milli şura" çoxdan söyüş müxalifəti adını daşıyır. Budur,onların növbəti videokonfransında bu bir daha aydın görünür. Özünü çoxdan gülüş obyektinə çevirmiş "mıllı şura "sədri Cəmil Həsənli dialoq tərəfdarları olan partiyaları "tryapka "adlandırıb. Vaxtılə iqtidarın ətəyində namaz qılan, şəninə difiramb söyləyən, kitablar yazan C.Həsənli, əslində, Avropada erməni pulları ilə söyüş söyən dırnaqarası mühacirlərin ağsaqqalı olduğunu sübut etdi. Ona müəllim adı əsla yaraşmır. Şəxsi maraqlarına düşkün insandan müəllim olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31