"Beşbarmaq dağı” qoruğu yaradıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. 

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31