Azərbaycan prezidentinin Tərtərdə verdiyi mesajlar Ermənistanda narahatlıq doğurub - POLİTOLOQ

Ermənistan, əsas etibarilə ilə Paşinyan hökuməti bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata çəkməyə, cəbhədə gərginliyi artırmağa, lokal hərbi əməliyyatların  baş verməsinə çalışır. İşğalçı ölkə rəhbərliyinin gah erməni quldurları tərəfindən zəbt edilmiş Azərbaycan ərazilərində görünməsi, gah cəbhə xəttində müntəzəm olaraq təxribat xarakterli gedişlər, diversiya qruplarının hərəkətə keçməsi, gah da Azərbaycanın işğal edilmiş rayonlarında qeyri-qanuni məskunlaşma və yeni infrastruktur layihələrinin həyata keçirilməsi məhz buna xidmət edir. Burada başlıca məqsəd isə ondan ibarətdir ki, Qarabağ cəbhəsində qısamüddətli hərbi əməliyyatların başlaması ilə erməni xalqının əsas diqqəti Qarabağa yönəlsin və bununla da sadə ermənilər hökumətdən sosial rifah tələb etməsin. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, Paşinyan hökumətinin atdığı addımlar ona hesablanıb. Ancaq o da vurğulanır ki, bütün halda Paşinyan hökumətinin bu addımlarının qarşısı qətiyyətlə alınmalıdır. Eyni zamanda işğal altında olan ərazilərdə ermənilərin qeyri-qanuni məskunlaşma və infrastruktur layihələri həyata keçirməsi əngəllənməlidir. Politoloq Məhəmməd Əsədulazadə də belə düşünür. O, bildirib ki,  Ermənistan cəbhə bölgəsində atəşkəsdən istifadə edərək Qarabağa üçüncü yol çəkir. Po9litoloqun sözlərinə görə, Ermənistanın Qafqan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Araz boyu ərazilərin məskunlaşmasına hesablanıb: "ATƏT-in Minsk qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığının göstəriir. Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll varinatını qəbul etmir və özünün şərtləri var. Belə olan təqdirdə əlbəttəki, Ermənistan işğal olunmuş əraziləri məskunlaşdıracaq".

Politoloqun sözlərinə görə, Ermənistan ümumiyyətlə Minsk qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etmıəsinə zəmin yaradır: "Azərbaycana bu format, yalnız ölkəmizin öz ərazilərinin boşlatmasının qarşısnı alıb. Danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır. Qafqan -Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır".

Məhəmməd Əsədullazadə qeyd edib ki, aparılan danışıqlar heç bir nəticə vermir: "Rusiya prosesi dondurub. Ötən həftə Rusiya XİN elan etdiyi "Qarabağ münaqişəsi uzun çəkdi"açıqlaması da, əsasən manipulyasiya xidmət edir. Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Tərtərdə verdiyi mesajlar Ermənisatanda və qondarma rejimdə müharibəyə hazırlıq kimi xaraketirzə edilərək, narahatlıq doğurur. Bundan əlavə, Azərbaycanın mütəmadi hərbi təlimləri, yeni silahlar əldə etməsi Ermənistanda ciddi şəkildə təhdid kimi qəbul olunur. Əlbəttə ki, proseslər yeni savaşı tətikləyir. Ermənistanın hazırkı siyasəti buna doğru aparır. Əlbəttə ki. nəticə çıxaran dövlət məhz işğalçı ölkə olmalıdır. Rəsmi Bakı ATƏT Minsk qrupu qarşısında tələblər qoymalıdır. Birinci, danışıqlar getdiyi bir fonda Ermənistan işğal olunmuş ərazilərdə heç bir infrastruktur layihələr həyata keçirməməlidir. İkinci, Ermənistan konkret "Yenilənmiş Madrid prinsiplərini" qəbul etməsini elan etməlidir. Üçüncü, mərhələli həll planına uyğun olaraq addımlar atmalıdır. Dördüncü, məskunlaşma siyasətinə son verməlidir. Əgər, bunlar yerinə yetirilməsə, Azərbaycan danışıqlar prosesindən çəkilir və hərbi təzyiqlərə keçir. Çünki, danışıqlar prosesində Ermənistan heç bir addım atmır, danışıqlar görüntü xarakter daşıyaraq, yalnız atəşkəsin qorunmasına hesablanır. Bu da Ermənistanın maraqlarına xidmət edir. Qeyd edim ki, Azərbaycan artıq hərbi təzyiqlərə əl atmalıdır ki, Ermənistan Qarabağda infrasturuktur layihələr, yol çəkilişinə gedə bilməsin. Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qaşısını almaq gücündədir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31