Sağlamlığımız öz əlimizdədir -ŞƏRH

İntizamlı olub maska taxaq, sosial məsafə saxlayaq

Ölkədə karantin şərtlərinin yumşaldılması korona virusa yoluxma və ölüm hallarının artmasına səbəb olub. Rəsmi statistikaya əsasən kororona virusa yoluxanların sayı müalicə olunanların sayı ilə tərs mütənasib təşkil edir. Daha qoğrusu virusa yoluxan və ölənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və "özünü və başqalarını qoru" qaydalarını pozurlar. Nəticədə  onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar. Elə bu səbədən də mövcud situasiya, xüsusilə gigyenik-epidemoloji vəziyyət nəzərə alınaraq həftəsonu iki gün müddətində karantin rejimi sərtləşdirildi. Azərbaycan dövlətinin bir çox ölkələrə örnək göstərilən qabaqlayıcı və sistemli addımlarına baxmayaraq çox təəssüf ki, əksər vətandaşlarımızın maska taxmaq və məsafə saxlamaqla bağlı deyilənləri qulaqardına vurmaları səbəbindən həm virusa yoluxanların, həm də ondan ölənlərin sayı artıb. O səbəbdən də 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Əgər sərt karantin qaydalarının tətbiqini istıəmiriksə, istənilən vətəndaş bu çətin günlərdə özünü, yaxınlarını, ətrafdakıları, dövləti və xalqı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, xüsusilə tibbi maskalardan istifadə etməlidir. Nəzərə almaq lazımdır ki, dünyanı başına almış bu dəhşətli virusdan yalnız müyyən olunmuş qaydalara riayət rtməklə xilas olmaq mümkündür. Millət vəkili Elman Nəsirov qeyd edib ki,  Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi)  müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır: "Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan  bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə  həsr olunmuş  zirvə görüşlərinin  (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə  böyük töhfə verdiyini təsdiqləyir.  Bu töhfə konket rəqəmlərdə öz təsdiqini tapır. Bələ ki,  dünyanın 150-dən çox ölkəsi pandemiyanın vurduğu ağır iqtisadi zərbənin təsirindən çıxmaq  üçün beynəlxalq  maliyyə qrumlarının qapısını döyməkdə ikən, Azərbaycan nəinki belə dövlətlərin sırasınmda deyil, əksinə  Ümumdünya Səhiyyə Təşkilatının  COVİD-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları həcminə ianə ayırmış, habelə  daha 5 milyon ABŞ dolları miqdarında vəsaiti Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ünvanlamışdır. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin  siyasi iradəsi sayəsində  Azərbaycan koronovirusla mübarizə məqsədilə daha 14 dövlətə dəstək vermişdir. Bu dəstək həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatları əhatə edir. Eyni zamanda ölkəmiz  Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə köməyə daha çox ehtiyacı olan 15 dövlətə yardım göstərməyi planlaşdırır. Deməli, ağır planetar xarakterli pandemiya dövrndə Azərbaycan  demək olar ki, 30 dövlətə öz kömək əlini uzatmışdır". Göründüyü kimi, dövlət koronavirusla mübarizə çərçivəsində lazım olan bütün tədirləri ən yüksək səviyyədə həyata keçirib. Qalır vətəndaşların Ümumidünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməsi. Qaydalar isə olduqca sadədir- sosial distansiyanın gözlənməsi və maskalardan istifadə. Yeri gəlmişkən qeyd edək ki, ölkənin bütün ticarət mərkəzləri və ictimai iaşə obyektlərində, eləcə də ictimai nəqliyyat vasitələrində bu qaydaların gözlənilməsi üçün xüsusi işarələr müəyyən edilib. Vətəndaşlardan sadəcə bir qədər intizamlı olub həmin qaydalara əməl etmək tələb olunur. Əks halda, koronavirus pandemiyasıyla bağlı narıncı zona adlandırılan Bakı, Sumqayıt, Lənkaran şəhərlərində və Abşeron rayonunda şənbə, bazar günləri insanların küçəyə çıxması hələ uzun müddət məhdudlaşdırılacaq. Səbəb isə çoxumuzun maska taxmaq, sosial məsafə saxlamaqla bağlı tələblərə əməl etməməyimiz nəticəsində yoluxmaların sayının sürətlə artması və belə getsə, çox acınacaqlı bir vəziyyətlə qarşılaşa biləcəyimiz təhlükəsidir. Ümumiyyətlə, bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu virusun yayılmasının qarşısının alınmasının ən effektli yolu məhz sərt karantin tədbirlərinin tətbiqidir. Belə halda vətəndaşların üzərinə düşən vəzifə həmin qaydalara riayət etməkdən ibarətdir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31