Cəmiyyətdə polis orqanlarına inam müsbətdir - TƏHLİL

Sosial şəbəkələrdə bir qrup adamın apardığı əks-təbliğat bu inamı sarsıda bilməz

Müasir dünyada mövcud olan hüquq-mühafizə sistemi istənilən müstəqil dövlətin ən mühüm təsisatlarından biri hesab olunur. Nəzərə almaq lazımdır ki, ən müxtəlif dövrlərdə belə dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət o zaman güclü olur ki, onun  mükəmməl hüquqa əsaslanan sistemi mövcud olsun. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim mövcud olub və bu gün də davam etməkdədir. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib. Etiraf edilməlidir ki, hazırda ölkədə polisin rolu daha da artıb və Azərbaycan polisi öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. Çünki, kadrların seçilib-yerləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələləri daim Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olub, mövcud qanunvericiliyə uyğun olaraq, orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbul şəffaflıq və müsabiqə əsasında aparılır. Hüquqi tənzimləmə məsələsinə paralel olaraq ixtisaslı kadr potensialının, peşəkar özəyin formalaşdırılmasına və möhkəmlənməsinə də önəm verilir. Hazırda daxili işlər orqanlarında çoxsaylı zabit heyəti olan polis sahə rəisləri və sahə inspektorları arasında ali təhsilli əməkdaşların xüsusi çəkisi üstünlük təşkil edir. Qeyd etmək yerinə düşərdi ki,  bu sahəyə xüsusi diqqət yetirildiyindən peşəkar kadrların hazırlıq səviyyəsinin artırılması üçün real işlər görülür, nəzarət və tələbkarlıq gücləndirilir. Peşə hazırlığı, o cümlədən ixtisasartırma və təkmilləşdirmə işinin beynəlxalq təcrübə nəzərə alınmaqla qurulması, polisin fəaliyyətinin təşkili və həyata keçirilməsində əldə olunmuş müsbət nəticələrin öyrənilərək şəxsi heyətə çatdırılması və xidməti fəaliyyətdə tətbiqi nazirlik üçün ən vacib məsələlərdən hesab olunur. Həmçinin cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təminində rolu və yeri baxımından əməkdaşların peşə hazırlığının təşkili, əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri kimi nəzarətdə saxlanılır. Polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etməsinin əhəmiyyəti nəzərə alınaraq qanunçuluğa, xüsusən insan hüquq və azadlıqlarına riayət olunmasına görə polis əməkdaşlarının  şəxsən məsuliyyət və cavabdehlik daşımlarına xüsusi diqqət yetirilir. Artıq qətiyyətlə söyləmək olar ki, bu gün daxili işlər orqanlarında qanunla müəyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşıb. Məhz polisin uzun müddətdən bəri formalaşan peşəkar davranışı bu gün ölkəmizin koronavirus pandemiyası yaşadığı məqamda özünü büruzə verməkdədir. Qətiyyətlə demək olar ki, pandemiya dövründə, xüsusilə də son iki gündə polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. İctimai təhlükəsizliyin təminatı, vətəndaşların sağlamlığının qorunması kimi funksiyaların icrasına sadiq qalan polis əmkdaşları həyatlarını riskə ataraq öz vəzifələrini şərəflə icra ediblər. Adi məişət problemi ilə üzləşən insanların harayına belə ilkin olaraq polis əməkdaşları özülərini yetiriblər. Bütün görülən müsbət nümunələrə baxmayaraq sosial şəbəkələrdə polisə qarşı hücum təşkil edilir, əsassız iddialar irəli sürülür. Əslində, polisin fəaliyyətinə qarşı haqsız hücumların haradan qaynaqlandığı hamıya aydındır. Koronavirus panmemiyasından sui-istifadə edib, polisin xoşməramlı fəaliyyətinə aqressiv yanaşmanın, düşünülmüş şəkildə nalayiq davranış nümayiş etdirmənin arxasında ölkədə xaos yaratmaq,  vətəndaş-polis qarşıdurması yaratmaq kimi pis niyyətlərin gizləndiyi heç kimə sirr deyil. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu kimi ideyanı ortaya atan müxalif siyasi fəalların əməlləri dövlətə və Vətənə xəyanətdən başqa bir şey deyil. Fikir verin, polislərimiz COVİD-19-a kütləvi yoluxmaların qarşısını almaq üçün istirahət günündə də evlərindən-ailələrindən olub insanların sağlamlığını qorunması üçün həyatlarını riskə atırlar. Təkcə paytaxtın mərkəzi küçələrində ictimai asayişin təmin olunması ilə kifayətlənməyən polis əməkdaşları hətta məhəllə-məhəllə, küçə-küçə gəzərək insanların marrifləndirilməsini həyata keçirilər. Bunun müqabilində isə bəzən qadağalara məhəl qoymayan, ipə-sapa yatmayan məsuliyətsiz insnların "nazı ilə də oynamalı olurlar".  Əvəzində isə nə özlərinin, nə də polisin məsuliyyətini dərk etməyən şəxslərdən qeyri-insani davranışa məruz qalır. Daha acınacaqlısı ondan ibarətdir ki, sosial şəbəkələrdə bir qrup insan öz vəzifə borcunu yerinə yetirən polisin başına zibil tökənləri, təhqir edənləri dəstəkləyirlər. Millət vəkili Sahib Alıyev qeyd edib ki, polisin etdiyi hərəkətin adı dövlətə xidmət, xalqa xidmət və nəhayət ipə-sapa yatmayanların, başlarına zibil tökənlər və onlara qahmar çıxanların belə bu günlər həm də sağlamlıqlarının keşiyində durmaq, durmağa çalışmaqdır: "Soruşmaq istəyrəm, ey polisimizi aşağılayan, təhqir edən və belələrinə dəstək göstərənlər, bəs sizin hərəkətinizə nə ad vermək olar? Sual olunur-polis karantin rejimini pozmayanımı cəzalandırıb? Karantin qaydalarına uyğun davranan əhalinin hansı birini incidib? Əlbəttə ki belə bir hal olmayıb. Bir neçə karantin qaydalarını pozan məsuliyyətsiz şəxslərin davranışlarına haqq qazandırıb polisin fəaliyyətinə kölgə salmaq yolverilməzdir! Qətiyyətlə qeyd etmək olar ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparıb. Hər kəs qanunsuz hərəkətlərə görə layiqli cəzasını almalıdır. Bu olmasa özbaşınalıq yavaş - yavaş ayaq açacaq, xəstəliyin miqyası daha da böyüyəcək. Bunun nəticələri isə ağır ola bilər! Bu gün bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət, inam müsbətdir. Sosial şəbəkələrdə bir qrup adamın apardığı əks-təbliğat bu münasibəti, inamı sarsıda bilməz. Çünki bu hörməti, inamı polis özü qazanıb. Karantin günlərində polisin sərgilədiyi davranış bunu yetərincə sübut edib".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31