“Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir” – Bəhruz Quliyev

"Prezident İlham Əliyevin AŞPA-nın fəaliyyətini ilk dəfədiir ki, tənqid etmir və bu tənqidlərin hər birində əsaslar, sübutlar, həqiqətlər dayanır".

Bu fikirləri Olaylar.az -a  "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının Tərtər rayonuna səfəri zamanı adıçəkilən qurumun fəaliyyətinə sərt mövqe göstərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, həqiqətən də Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini sürətlə itirməkdə davam edir: "Fakt isə budur ki, AŞPA dünyada gedən heç bir proseslərə, hətta cüzi hadisələrə belə, təsir etmək gücündə deyil. Məhz bu baxımdan məsələnin kökünə varan cənab Prezident hər çıxcışında sübutlarla,  vurğulayır ki, bunun səbəbləri qurumda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizliklərdir".

"Söz yox ki, Prezident İlham Əliyev tənqidini irəli sürərkən bilavasitə Azərbaycan xalqının da mövqeyini, baxışını əks etdirir", bildirən siyasi ekspert hesab edir ki, AŞPA müxtəlif dövrlərdə siyasi sifarişləri icra edib və anti-Azərbaycan xarakterli qüvvələrin dırnaqrarası məntiqlərinə uymaqla Azərbaycan hədəf seçilib: "Reallıqları əks etdirməyən yalanlar, böhtanlar, hətta şantaj xarakterli qərar və qətnamələr də məhz bu anlamı daşımaqdadır. Sual yaranır ki, nəyə görə Azərbaycan? Bu sualın cavabı isə bəsitdir: Azərbaycan istər demokratikləşmə prosesində, istər sosial-iqtisadi inkişaf gerçəkliyində, istərsə də digər müsbət proseslərdə hətta bir sıra aparıcı dövlətləri də geridə qoyur, müstəqil olduğunu nümayiş etdirir, eləcə də heç bir diktəni qəbul etmir. Budur anti-Azərbaycan meylli qrupların və həmin qruplara qucaq açan AŞPA-nın əsl sifəti, ya da simasızlığı!"

"O da əbəs deyil ki, dövlətimizin başçısı xüsusilə ölkəmizin və xalqımızın bir nömrəli problemi kimi qiymətləndirilən Dağlıq Qarabağ mövzusunda, daha dəqiq desək, Ermənistanın işağlçılıq siyasəti məsələsində kəskin, sərt və barışmaz mövqeyini ortaya qoyur", xatırladan "SƏS" qəzetinin baş redaktoru hesab edir ki, buna sübut kimi, qondarma "DQR"dəki saxta seçkilərin dünya birliyi tərəfindən qeyd-şərtsiz tanımaması bəyanatlarını göstərmək olar: "Düşünürəm ki, əslində bu faktın özü Azərbaycanın diplomatik qələbəsidir və xatırlayarsaq, 20 il əvvəl və daha öncəki illərdə ölkəmiz beynəlxalq aləm tərəfinfdən bu cür dəstək ala bilmirdi. Bu dövrləri yaşayan xalqımız baş verən olayları yəqin ki, yaxşı xatırlayırlar. Ancaq indi, mövcud zamanda və məqamda Azərbaycan istər beynəlxalq dairələrin mərkəzi rolunda çıxış edir, istərsə də dünyanın ən ali tribunalarında söz sahibinə çevrilir. Bu gün beynəlxalq çevrələrdə həyata keçirilən bir sıra mühüm, strateji layihələrin çoxunda Azərbaycan hm təşəbbüskar, həm də ideyaverici, tövsiyə edən ölkələr sırasında yer alır. Əlbəttə ki, bütün bu kimi önəmli hadisələrin hazırkı zamanda dəstək almağımızda böyük rolu vardır. Ona görə də, bu gün "DQR"də keçirilən saxta seçkilərə dünya birliyi etirtazlı mövqe sərgilədi, Azərbaycanın haqlı çağırışlarına dəstəyini əsirgəmədi. Bu, eyni zamanda Prezident İlham Əliyevin nüfuzlu, xarizmatik liderliyinin bariz isbatıdır".  

"Beləliklə, bir daha əyan oldu ki, bu "seçkiləri" qanunsuz, silahlı və terror şəbəkəsi kimi də tanınan xunta rejimini heç kim tanımır", qeyd edən Bəhruz Quliyev xatırlatdı ki, "seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar onun qondarma nəticələrini tanımadı və açıq-aydın bəyanatlar səsləndi: "ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya kimi dövlətlər və sair ölkələr, ATƏT Parlament Assambleyası,Avropa İttifaqı, hətta ölkəmizə qarşı zaman-zaman qərəzli mövqedə dayanan Avropa Parlamenti də bəyanatlar yaydılar. Eyni zamanda, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası kimi təşkilatlar, bir sıra digər ölkələrin siyasi xadimləri, parlamentləri, hökumətləri bu məsələdə Azərbaycanla həmrəy olduqlarını vurğuladılar. AŞPA isə susdu və susqunluğu ilə öz düşmənçilik mövqeyini ortaya qoymuş oldu. Bu xüsusda daha bir xatırlatmanı etmək istərdim. Cənab İlham Əliyev öncəki çıxışlarının birində də AŞPA-nı tənqid edərkən vurğulamışdı ki,  bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Bu gün də həmin sözlər öz yerində və gücündədir. Əlbəttə ki, belə olan halda, xəyanət, riya, yalan, şər-böhtan, şantaj olan yerdə təşkilatın Azərbaycanla bağlı olan fikri ümumiyyətlə, nə Azərbaycan dövlətini və dövlət rəhbərliyinin, nə də xalqın marağında deyil və olmayıb da. Cənab Prezident İlham Əliyevin də vurğuladığı və tezis olaraq irəli sürdüyü ifadələrində olduğu kimi - biz isə öz yolumuzla gedirik. Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma "seçkilər"ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir. Əlbəttə ki, biz də xalqın nümayəndəsi olaraq hər an dövlət başçımızın, Ali Baş Komandanımızın əmrindəyik".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31