Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb
6 İyun 2020 11:09 SiyasətFransanın Azərbaycandakı səfiri Zakari Qross Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb.
Bu barədə səfir öz "Twitter" səhifəsində bildirib.
O, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu deyib:
"Tural Gəncəliyevlə dünən görüşümüz baş tutdu. Görüş zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və dialoqun təşviq olunması məsələləri müzakirə olundu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31