AŞPA-Avropanın erməni maraqlarına xidmət edən siyasi təsisatı
5 İyun 2020 18:52 SiyasətAzərbaycanın bütün risq və təhlükələr, mümkün təhdidlərə rəğmən öz iqtisadi inkişafını davam etdirməsi, nəinki regionun, eləcə də dünyanın aparıcı dövlətləri ilə eyni sırada qərarlaşması təəssüflər olsun ki, dünyadakı, xüsusilə də Avropadakı bəzi siyasi təşkilatları qane etmir, Bakının ayaqda durması, inkişaf etməsi həmin təsisat və qurumlar tərəfindən qısqanclıqla qarşılanır. Bu qısqanclıq isə özünü bütün parametrlərdə büruzə verir, göstərir. Bir qayda olaraq həmin siyasi təsisatlar hazırladıqları hesabatlarda, reytinq cədvəllərində Azərbaycanı heç bir əsas olmadan ən son sıralarda göstərir, ölkəmizə qarşı siyasi müstəvidə təsirlər göstərir, onun beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Hətta, bir qədər də irəli gedərək həmin təsisatlar işğalçılığa, separatizmə belə haqq qazandırır, dəstək nümayiş etdirirlər. Necə ki, bir müddət əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində separatçı rejimin keçirdiyi qondarma president seçkilərinə olan münasibətdə bunun əyani şahidinə çevrildik. Belə ki, bütün dünya, tanınmış beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı dövlətlər separatçı rejimdə keçirilən qondarma seçkiləri tanlmasa da, bununla bağlı bəyanat, yaxud açıqlama versələr də, lakin təəssüflər olsun ki, Avropa Şurası kimi bir nüfuzlu təşkilatın Parlament Assambleyası dünyanın gözü qarşısında baş verən bu qanunsuzluq, ədalətsizlik, separatizmə səssiz qaldı, bu məsələdə işğalçı Ermənistanla eyni sırada qərarlaşaraq əslində özünün də işğal, separatism, terrorizm tərəfdarı olduğunu sərgilədi. Halbuki separatçı rejimdə baş tutan qondarma seçkiləri ilk pisləyən və Avropa Şurası Parlament Assambleyası olmalı idi. Çünki Azərbaycanla yanaşı işğalçı Ermənistan da AŞPA-nın üzvüdü və bu təşkilat Dağlıq Qarabağ problem, Ermənistanın işğalçılıq siyasəti barədə kifayət qədər məlumatlıdır. Ancaq qeyd etdiyimiz kimi bu qurum separatçı rejimdə keçirilən seçkilərə səssiz qaldı. Və bununla da AŞPA öz mahiyyətini, erməni maraqlarına xidmət etdiyini ortaya qoydu. Təsadüfi deyil ki, elə Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə cəbhəyanı rayonlara səfəri zamanı Tərtər Olimpiya İdman Kompleksinin açılışında sözügedən məsələyə toxunaraq adıçəkilən qurumun mövqeyini kəskin şəkildə tənqid edib. Dövlət başçısı Dağlıq Qarabağ problemi barədə danışarkən separatçı rejimin bir müddət əvvəl keçirdiyi qondarma seçkilərə də toxunub və bildirib ki, bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri" qınayıb və tanımayıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər".
Elə politoloq Ramiz Alıyev də deyib ki, dövlət başçısı Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı AŞPA-nın ünvanına haqlı və əsaslandırılmış şəkildə iradlarını bildirib, bu qurumu ədalətsiz mövqe tutmaqda ittiham edib: "Avropa Şurası kimi beynəlxalq təşkilatlar daim Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipini qorumayıblar və verdikləri mücərrəd bəyanatlarla dolayısı yolla işğalçı Ermənistanı dəstəkləyiblər. Elə bundan irəli gəlib ki, bu gün elə təşkilatların beynəlxalq nüfuzu yoxdur, dünya onlara etibar etmir, güvənmir". Politoloq vurğulayıb ki, Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə də bu təşkilat susqunluqla yanaşıb. AŞPA-nın Monitorinq Komitəsinin Azərbayvcan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək səssislik nümayiş etdiriblər: "Baxmayaraq ki, 2001-ci ilin yanvarında Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan bu təşkilat qarşısnda bir sıra öhdəliklər götürüblər. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəşilərin birbaşa mandatına daxildir. Amma bu həmməruzəçilərin susmaları işğalçı ermənilərin mövqelərini müdafiə etmələrinə daha bir sübutdur".
Ramiz Alıyev onu da deyib ki, Avropanın bəzi beynəlxalq təşkilatları Azərbaycanda gedən iqtisadi, siyasi və sosial inkişafdan narahat olduqlarından rəsmi Bakının uğurlarına yarasa gözüylə baxırlar: "Bu gün Azərbaycan insan haqlarının, söz və mətbuat azadlığının qorunduğu demokratik bir dövlətdir. Eyni zamanda iqtisadi gücüə malik olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Nəhəng regional layihələrin müəllifinə çevrilib. Bütün bunlar isə Avropa Şurası kimi təşkilatların təşvişinə səbəb olub". Politoloq deyib ki, sözügedən qurum insan haqları, siyasi hüquq və azadlıqlar məsələsində də daim Azərbaycana qarşı qərəzli mövqe tutub: "Bu günlərdə ABŞ-da qaradərili Corc Floydun ölümü ilə əlaqədar həm ölkədə, həm də Avropanın digər ölkələrində kütləvi iştişaşlar səngimək bilmir. Bütün Avropa ayağa qalxıb. İllərdir ABŞ-da qaradərilərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlayan iğtişaşlar zamanı 11 mindən çox insdan həbs olunub, 16-dan çox insan həyatını itirib, jurnalistlər xəsarət alıblar. Lakin ölkəmizi insan haqlarının pozulmasında ittiham edən Avropa Şurası buna göz yumur. Avropanın demokratik ölkələri sayılan Fransa, Almaniya, İspaniyada mitinqlər, polislərin mitinq iştirakşıları ilə amansızcasına davranışı, həbslər, ölüm hadisələri nədənsə Avropa Şurasının gözündən qaçır".
Süleyman