Səriştəsiz hakimiyyətin Gəncə qiyamı

4 iyun 1993 - Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. "Gəncə hadisələri" kimi tarixə düşən 4 İyun olayı AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələnib. Bu hadisələrlə əlaqədar müxtəlif fikirlər səslənsə də, Azərbaycanı uçuruma aparan xaosun "müəllifləri" günahı bir-birinin üzərinə atsalar da, tarixi faktlar dəyişmir: ölkəyə vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə insanların gələcəyə olan ümidini itirib, səriştəsizlik Azərbaycanı vətəndaş müharibəsi həddinə çatıb.

AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirən gündən ölkədə özbaşınalıq hökm sürüb. Ayrı-ayrı qrupların nəzarəti altında olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyundan çıxıblar. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud olub. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, üstəlik, xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirib. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması xalqı getdikcə hiddətləndiririb.

8 iyun 1993 - Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlayıblar. Bu arada respublika rəhbərliyi vəziyyətdən çıxış yolu axtarmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya gəlməsi əmr olunub. 9 iyun 1993 - Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31