2 gün müddətində karantin rejiminin sərtləşdirilməsi heç bir narahatçılıq yarada bilməz
"Koronavirus pandemiyasından qorunmağın ən səmərəli və effektli yolu karantin qaydalarına riayət edilməsindən keçir. Ölkə vətəndaşları bu qaydalara nə qədər ciddi riayət etsələr, yoluxma və ölüm hallaının sayı bir o qədər az olar". Bunu "Olaylar"a deyən ....Alim Hüseynlinin sözlərinə görə, dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində artıq koronavirus pandemiyasının birinci mərhələsi geridə qalıb: "Məlum olduğu kimi hökumətin koronavirusun qeydə alındığı ilk anlardan qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində pandemiyanın daha geniş yayılmasının qarşısını almaq mümkün oldu. Ümumi vəziyyət nəzarət altına alındıqdan sonra isə karantin rejimindən mərhələli şəkildə çıxmaq planı reallaşdırıldı. Artıq vətəndaşarın normal həyat tərzinə keçməsi üçün indiyə qədər tətbiq olunan bir sıra qadağalar aradan qaldırlıb. Çox təəssüf ki, insanların böyük əksəriyyəti karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranıb. Hökumət də öz növbəsində vətəndaşların sağlamlığının qotunması məqsədilə karantin rejiminin yenidən sərtləşdirilməsi təklifi ilə çıxış edib".
4 İyun 2020 12:01 Siyasət"Koronavirus pandemiyasından qorunmağın ən səmərəli və effektli yolu karantin qaydalarına riayət edilməsindən keçir. Ölkə vətəndaşları bu qaydalara nə qədər ciddi riayət etsələr, yoluxma və ölüm hallaının sayı bir o qədər az olar". Bunu "Olaylar"a deyən Milli Vəhdət Partiyasının funksioneri Alim Hüseynlinin sözlərinə görə, dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində artıq koronavirus pandemiyasının birinci mərhələsi geridə qalıb: "Məlum olduğu kimi hökumətin koronavirusun qeydə alındığı ilk anlardan qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində pandemiyanın daha geniş yayılmasının qarşısını almaq mümkün oldu. Ümumi vəziyyət nəzarət altına alındıqdan sonra isə karantin rejimindən mərhələli şəkildə çıxmaq planı reallaşdırıldı. Artıq vətəndaşarın normal həyat tərzinə keçməsi üçün indiyə qədər tətbiq olunan bir sıra qadağalar aradan qaldırlıb. Çox təəssüf ki, insanların böyük əksəriyyəti karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yaranıb. Hökumət də öz növbəsində vətəndaşların sağlamlığının qotunması məqsədilə karantin rejiminin yenidən sərtləşdirilməsi təklifi ilə çıxış edib".
Onun sözlərinə görə, tətbiq ediləcəyi gözlənilən yeni qaydalar vətəndaşlar üçün heç bir problem yarada bilməz: "Məlum olduğu kimi bu qaydalar həftə sonu 2 gün müddətinə karantin rejiminin sərtləşdirilməsindən ibarətdir. Əvvala qeyd edək ki, cəmi iki gün müddətində evdə qalmaqla heç bir narahatçılıq yarana biməz. Ölkədə də şükür ki, kifayət qədər ərzaq ehtiyatı mövcuddur və insanlar bu müddət üçün rahat şəkildə ərzaq tədarükü görmək imkanına malikdirlər. Digər tərəfdən, insanlar ölkədə tətbiq edilən karantin qaydalarına riayət etməyə borcludurlar. Bu, həm də vətəndaşların məsuliyyət məsələsidir. Cənab Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir. Qanun hamı üçün bərabərdir".