Prezident İlham Əliyev "N" saylı hərbi hissədə olub
3 İyun 2020 16:42 SiyasətAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də "N" saylı hərbi hissədə olub.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış oldu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31