Prezidentdən vətəndaşlara nümunə
3 İyun 2020 16:40 SiyasətDeputat: "Hamı qanun qarşısında bərabərdir"
"Prezident İlham Əliyev tibbi maska taxıb. Açılışı budur ki, dünən qəbul edilən və Prezident tərəfindən təsdiq edilən qanun qarşısında hamı bərabərdir və maska taxmayanlara güzəşt edilməyəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Razi Nurullayevin sözlərinə görə, maska taxın, özünüzü və yaxınlarınızı qoruyun! Prezidentin maska taxaraq demək istədiyi budur: "Ən ucuz maska 30 qəpikdir. Həkimlər də deyir ki, 30 qəpiklik maska iki saatdan çox geyiləndə virus daşıyıcısına çevrilir. Demək ki, işə gedən vətəndaşa gündə maska üçün iki manat lazımdır. Bu isə vətəndaşın gəlirinə adekvat deyil. Onun üçün də işəgötürənlərə çağırış etmək istəyirəm ki, öz işçilərinizə çoxistifadəlik maskalar alıb verin, bunu vətəndaşların öhdəsinə buraxmayın. Bu sizin dövlət üçün gördüyünüz ən gözəl işlərdən biri olar. Mən öz tibbi maskamı iki manata almışam və hələ də istifadə edirəm. Yaxşı yuyulur, ütülənir və istifadəyə yararlıdır. Masqaların pulsuz paylanması da real görünmür. Çünki bu işi quranların pul qazanmaq marağı olmasa, istehsal olmaz. Eyni zamanda hökumətin də dotasiya vermək imkanları nəzərdən keçirilməlidir ki, uzun müddət maska ilə yaşamalı olsaq, bəzi vətəndaş kateqoriyalarına pulsuz maska təminatı həyata keçirilsin".