Millət vəkili AŞPA-nın komitə iclasında iştirak edib
Millət vəkili AŞPA-nın komitə iclasında iştirak edib
3 İyun 2020 11:03 SiyasətAvropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, Səhiyyə və Davamlı inkişaf komitəsinin onlayn iclası keçirilib.
"OLAYLAR" xəbər verir ki, iclasda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva da iştirak edib.
İclasda Covid-19 virusu ilə mübarizəyə həsr edilmiş məruzə ətrafında geniş müzakirələr aparılıb.
Eyni zamanda "Səhiyyədə süniintellekt: tibbi, hüquqi və etik problemlər" məruzəsi üzrə dinləmələr keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31