Nikol Paşinyanın dezinformasiyası nəyə hesablanıb?
2 İyun 2020 13:32 SiyasətKoronavirusun qarşısını ala bilməyən baş nazir xalqdan təcrid olunmaq yolunu seçib
Ermənistanın Baş naziri Nikol Paşinyanın koronavirusa yoluxması barədə yayılan məlumatın heç bir əsası yoxdur. "Olaylar"a daxil olan məlumatda bildirilir ki, işğalçı ölkənin baş naziri bu fikri məqsədli şəkildə ortalığa atıb. Buna səbəb isə Ermənistanda koronavirusa qarşı aparılan mübarizə tədbirlərinin heç bir nəticə verməməsi, yoluxma və ölüm sayının günü-gündən artmasıdır. Ölkədə yaranmış bu vəziyyət həm rəsmi şəxslərin, həm də sadə vətəndaşların ciddi narazılığına səbəb olub. Hətta Baş Nazir Nikol Paşinyanın kömək məqsədilə xarici ölkələrə və beynəlxalq humanitar təşkilatlara etdiyi müraciət də cavabsız qalıb. Üstəlik erməni diasporası da hazırki iqtidara dəstək verməkdə tərəddüd edir. Məhz ölkədə yaranmış vəziyyətdən yayınmaq məqsədilə baç nazir belə bir açıqlama ilə çıxış edib. Məlumatda o da bildirilir ki, hələlik ölkənin Səhiyyə Nazirliyi məsələyə münasibət bildirməyib. Məlumat rəsmən təsdiqlənmədiyindən aidiyyatı qurumlar susmağa üstünlük verirlər. Məcbiriyyət qarşısında qalan Nikol Paşinyan Facebook vasitəsilə canlı yayımda məlumat yaymaq qərarına gəlib. Məqsəd isə koronavirusa qarşı mübarizədə məğlub olan baş nazirin xalqdan və müxalifətdən təcrid olunmasıdır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxması barədə məlumat yayılıb. Məlumata görə, guya Ermənistanın Baş naziri Nikol Paşinyan ailə üzvləri ilə birlikdə Covid-19-dan müalicə olunurlar. Bu barədə bazar ertəsi günü səhər Facebook vasitəsilə canlı yayımda Nikol Paşinyan özü məlumat verib. O, ön xətdə məskunlaşan hərbi hissələrə baş çəkməzdən əvvəl koronavirus testi üçün analiz verdiyini və testin nəticəsinin müsbət olduğunu bildirib. Paşinyan özündə və ailə üzvlərində xəstəliyin simptomsuz keçdiyini deyib.