Deputat: “Milli Məclisin iclası canlı yayımlansın”

"Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Milli Məclisin dünyanın hər yerində olduğu kimi, televiziyası olmalıdır: "İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31