Siz bilməzsiniz bunları... - Züleyxa Nadir yazır
1 İyun 2020 13:11 SiyasətZüleyxa Nadir
Söhbət Ramil Səfərovdan gedirsə ona münasibət birmənalı olmalıdı: namusludu, qeyrətlidi. Namus, qeyrət təkcə ailə münasibətləri, qadın-kişi davranışları ilə ehtiva olunmur. Ən böyük namus vətən namusudu. Ən böyük qeyrət bayraq qeyrətidi. Ki... Ramil Səfərov bu iki kəlməlik dəyəri illər öncə vətəndən uzaqda sərgiləyib. Azərbaycanlının namus-qeyrət dəyərini dünyanın kor olmuş gözünə soxub.
16 ildi erməni bunu həzm edə bilmir. Hər gün, hər saat çalışır ki, Ramilin qeyrətini, namusunu özünün kirli əxlaqı ilə bir tərəziyə qoysun. Bunun üçün hər cür üsula əl atır, hər formanı seçir. Amma alınmır. Alınmır ona görə ki, Ramil vətənində sevilir. Və bu sevgi düşmənin nifrətini üstələyir. Vəssalam! Amma bu "vəssalam"ın bir tərs üzü var ki, o da bizim ermənipərəstlərin üzündə eybəcər formada əks olunur. Ermənini başa düşmək elə də çətin deyil. Bizim bəzi "demokratlar"ın davranışını anlamaqda isə şəxsən mən zorlanıram. "Demokrat" deyəndə azad fikirli, demokratik düşüncəli vətənsevərləri, normal insanları, adi vətəndaşları nəzərdə tutmuram. Özünü demokratik fikirli, humanist, xeyirxah adam kimi cəmiyyətə sırımağa çalışan, əslində isə "heç nəyin otu olmayan"lardan bəhs edirəm. Ramilə "qatil", "cinayətkar" deyənlər, görəsən, özləri nədi? Vətən namusunu, bayraq əxlaqını şəxsi azadlığından üstün tutan Ramil Səfərova bu damğanı vurmaq özü cinayətdi, qatillikdi.
Son günlər Ramil Səfərov məlum səbəbdən gündəmə gəlib. Bir həftə əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb. Qərara səbəb Ramil Səfərovun öldürdüyü Qurgen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Avropa Məhkəməsinə göndərdikləri şikayət ərizəsidi. Məhkəmənin qənaətinə görə, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."
Anladıq. Avropa hər zaman Azərbaycana qarşı ikili standart sərgiləyir. Bu qərara əməl edib - etməmək Azərbaycan dövlətinin səlahiyyətindədi. Təbii ki, dövlət öz vətəndaşını qorumalıdı, qoruyur da. O da ki, ola Ramil Səfərov! Məncə, bu məsələdə başqa söz deməyə, əlavə fikir yazmağa gərək yoxdu. Ölkə prezidenti İlham Əliyev bu qeyrətli oğlanla, daha doğrusu, Azərbaycan ordusunun zabiti ilə bağlı qərarını 2012-ci ildə sərgilədi. Necə sərgilədi? Doqquz il Macarıstan həbsxanasında cəza çəkəndən sonra Azərbaycana gətirilən zabitini əfv etdi. Və üzünü Ermənistana tutaraq dedi: "Mən sadəcə, ermənilərə xatırlatmaq istəyirəm. Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçular ilə zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O, cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgün qərardır. Azərbaycan öz zabitini vətənə qaytardı".
Məsələ bununla da bitdi. Bu gün Avropa Məhkəməsinin yenidən qərar verməsi nəyi dəyişəcək? Ölkə prezidenti şərəf yolu ilə addımlayan zabitini gerimi verəcək, yoxsa onu həbsəmi atacaq? Təbii ki, yox. Bunu anlamaq beləmi zordu? Kimlərinsə Ramil Səfərovun ünvanına söylədiyi təhqirlər ürək bulandırmaqdan başqa bir şeyə yaramır. Sadəcə nərminlər, xədicələr, tunaylar, azərlər öz amplualarındadırlar, heç cür qabıqlarından çıxa bilmirlər. Bir zamanlar Mübariz İbrahimova "qatil" dedikləri kimi, bu gün də Ramil Səfərova eyni yarlığı yapışdırırlar. Bəlkə də bu oğulların çiynində gündəmə gəlməyin acıdırlar. Bu aclıq onları heç bir zaman tərk etməyəcək, məhz bu aclıqdan da öləcəklər.
Deyirlər ki, Ramil Səfərovun yatmış adamı qətlə yetirməsi doğru deyil, kişilikdən sayılmır, humanizmə ziddir. Guya bunlar Ramil Səfərovun hərəkətinə etiraz edirlər, amma bilmirlər ki, özlərini necə gözə soxsunlar. Əvvəla onu deyim ki, Ramil Səfərov Qurgeni yatarkən öldürməyib. Yatmamışdan əvvəl ona Azərbaycan bayrağını təhqir etdiyinə görə üzr istədib, azərbaycanlılarla bağlı fikirlərin ermənilərə aid olduğunu söylədib və bunu diktofona yazıb. Ramil Azərbaycan zabitindən və Azərbaycan xalqından üzr istəyən, öz millətini təhqir edən Qurgenə "Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdu!"deyərək onu öldürüb. Əcəb edib! Yaxşı edib!
Amma siz - nərminlər, xədicələr, tunaylar, azərlər, bilirsinizmi ki, o gün Qurgen ölməsəydi bu gün sərhəddə dayanan necə-necə əsgərimizə güllə atacaqdı? Millətə adət-ənənə, mentalitet öyrətməyə çalışanlar, yəqin bilməmiş olmazsınız ki, Ramil Səfərovun nə qədər qohum-əqrabası ermənilər tərəfindən qətlə yetirilib. Onu da yaxşı bilirsiniz ki, həmin Qurgenin atası, əmisi, dayısı və bu gün Avropa Məhkəməsinə şikayət edən babası illər öncə Xocalının dinc əhalisi yuxuda olarkən onları qətlə yetiriblər. Yüz illərlə erməni bu xalqı arxadan vurub - bunu da yaxşı bilirsiniz. Onu düz deyirsiniz ki, ata-babalarımız heç vaxt düşməni arxadan vurmayıb, onlarla üzbəüz döyüşüblər. Amma bu gün düşmənə öz dili cavab verməyin vaxtıdır. Bunu da yaxşı-yaxşı yadınızda saxlayın! Hərçənd Ramil Səfərov qurgenlərdən fərqli olaraq dinc ermənini qətlə yetirməyib, düşmən zabitini öldürüb.
Siz - nərminlər, xədicələr, tunaylar, azərlər, "Ramiz Səfərov ölkəmizi rəzil etdi" fikrinizi manşetlərə çıxaran erməni mətbuatının "qəhrəmanına" çevrilmisiniz. Bu gün Ramil Səfərova qarşı başlanan çirkin oyunların alətisiniz. Siz şərəfli bir zabiti təhqir etməklə erməni itinə qohum çıxmaq istəyirsiniz. Baxın, özünüzü nə qədər alçaldırsınız?! Halbuki cinayətkar adlandırdığınız Ramil Səfərova dövlət tərəfindən göstərilən diqqətə çox erməni zabiti paxıllıq edir.
Siz - nərminlər, xədicələr, tunaylar, azərlər, vətən namusunun, bayraq qeyrətinin nə olduğunu bilirsinzimi? Əminəm ki, bilmirsiniz. Bu cür müqəddəs hiss sizə yaddı. Siz bu şərəfi çiyinlərinizə götürə bilməzsiniz, ağırlıq gətirər. Sizin şərəfiniz əxlaqsızlığın təbliği kimi məsələlərlə mühasirəyə alınıb.
Siz- nərminlər, xədicələr, tunaylar, azərlər, istəsəniz də, istəməsəniz də Ramil Səfərov bu xalqın baş tacıdı, lap elə qəhrəmanıdı. Bu zabitin hərəkəti heç vaxt yaddan çıxmayacaq, namusu, qeyrəti Azərbaycan tarxinə şərəflə yazılacaq. Gələcək nəsillər onu vətən qeyrətinin, bayraq namusunun keşikçisi kimi tanıyacaqlar. Şərəfli bir əsgər dərsini ondan öyrənəcəklər.
Siz bilməzsiniz bunları...