Qərbi Azərbaycanın “Ermənistanın sakral coğrafiyası” və ya hayların “süd qardaşı” – “Yaxın Şərqin bütün xristianlarının və ermənilərin xilas yolları”
1 İyun 2020 11:22 Siyasət"1937-ci il yaz ayının əvvəlində Uluxanlı mahalının Rəncbər kənd sakini İbrahim Məhəmməd oğlu kəndin biçənək yerində kəhərini-köhlənini, yalmanını sığallaya-sığallayara deyib:
-Səni bu yay Ağrı dağının ətəyində yoracam... O gecədən sonra İbrahim Məhəmməd oğlundan xəbər yoxdur."
(Nahiyənin Rəncbər kənd sakini İman Əli oğlu Babayevin (1931) söhbətindən.)
"Orta əsrlər Avropasının mərkəzi feodal dövlətlərinin (Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Avstriya-Macarıstan, Bizans...) güclü hərbi qüvvələri Roma-Vatikan kilsə başçılarının (II Urban (1042-1099), III Yevgeni (1080-1153)...) təhriki ilə birləşmiş xristian-cəngavər ordusu Yaxın Şərqin kökənli müsəlman-türk dünyasına qarşı amansız qətliamı-soyqırımı yaşatmışlar. Əsasən e.ə. I minillikdə Aralıq dənizi hövzəsinə və Balkan yarımadasına səpələnən ibtidai hay sürüsü bu hərbi yürüşlərdə (1096-1270-ci illərdə) qul xidməti göstərməklə əvəzində Anadolu yaylasında, Dəclə-Fərat çayı hövzəsində (Suriya, Fələstin torpaqlarında, Edessa Qraflığında (1098-1144), Antakiya Knyazlığında (1098-1268) və Tripoli qraflığında (1109-1289), ümumilikdə Aralıq dənizinin şərq hissəsində) məskunlaşmağa fürsət tapa bilmişlər."
("Bizans imperiyasında pravoslav ermənilərinin yeri", A.R.Ustyan, 2014.)
Çoxsaylı xronoloji tarixi-ədəbi mənbələrdən məlumdur ki, XI-XIII əsrlərdə zəngin Yaxın Şərq ölkələrinə feodal Avropa dövlətlərinin kral-hersoqlarının və cəngavər döyüşçü dəstələrinin Roma kilsəsi tərəfindən yönləndirilmiş hərbi yürüşləri ("Səlib-xac qırğınları") müsəlman-türk dünyasına qarşı dünyada həm də ilk kütləvi və tədbirli soyqırım-qətliam faciəsidir. Beynəlxalq xristianlığın idarəedici iqamətgahı yerləşən Roma-Vatikan kilsəsinin baş keşişi II Urbanın "Həzrəti İsa peyğəmbərin qəbri müsəlmanlardan azad edilməlidir" çağırışı ilə həyata keçirilən soyqırım siyasəti sonrakı dövrlərdə Xristian dünyası tərəfindən dəyişilməz olaraq qalmışdır. XI-XIII əsrlərdə Roma kilsəsinin Yaxın Şərq dövlətlərinə və dinc müsəlman-türk xalqlarına qarşı yürütdüyü soyqırım siyasətini xələfləri olan Eçmiəzdin kilsəsi (fundamental xristianlığın irticaçı ideoloji prinsirlərinin davamçısı kimi) XIX-XXI əsrlərdə Azərbaycan dövlətinə yönəlik bütün istiqamətlərdə davam etdirməkdədir.
Müasir dövrdə "Yaxın Şərqin bütün xristianlarının və ermənilərin xilası yolları..." adı ilə hay kilsəsinin yapdığı bu iricaçı əməllərin sərhəddi təkcə Azərbaycan hüdudları ilə kifayətlənmir, eləcə də beynəlxalq miqyas kəsb edir. Hay kilsəsinin bu ideologiyasının müasir dövr təsfiri bu il Paris şəhərində işıq üzü görən hay mənşəli fransız jurnalisti və şərqşünası Tiqran Ekavyanın "Şərqin azlıqları: tarixin unutduqları" kitabında verilmişdir. Və bu istiqamətdə yenə də dünyanın güc dövlətlərindən imdadlarını üzmürlər, onların himayədarlığı ilə büün sahələrdə din adı altında soyqırım siyasətlərini davam etdirirlər.
Çünki bu soyqırım təkcə kökənli dinc əhaliyə qarşı deyil, həm də müsəlman-türk xalqlarının tarixi-mədəni, dini-müqəddəs məbədlərinə, sakral ocaqlarına, eləcə də yeraltı və yerüstü sərvətlərinə qarşı yönəldilmişdir. Eyni dəsti-xətt Qərbi Azərbaycanda, Naxçıvanda, Cənubi Azərbaycanda, Lənkəran-Astara, Dərbənd və Borçalı mahallarında, ümumilikdə, külli-Azərbaycanda daha davamlı şəkildə icra olunmaqdadır.
Bu istiqamətdə faciəvi hal odur ki, artıq Qərbi Azərbaycanda və Qarabağın dağlıq bölgəsində və Zəngəzurda yuva quran hay kilsəsi, ibtidai hay-daşnak sürüsü xalqımızın dini-ibadət və ziyarət ocaqlarının məhv edilməsi ilə yanaşı bu ünvanlarda saxta hay "kilsə"lərinin yaradılması, bu yalan "mənbə"lərin dünyada yayılması ilə bağlı həyasızcasına təbliğatlarını dayanmadan davam etdirirlər. Bir sıra Avropa ölkələrində (Fransa, Niderland, Böyük Britaniya, Bolqarıstan, AFR, Bolqarıstan...), ABŞ, Kanada və Avstraliya İttifaqında, Livanda, Suriyada, Rusiya Federasiyasında müxtəlif adlar altında yaradılmış dini, ictimai və elmi mərkəzlər də hay kilsəsinə və hay sürüsünə bu məqsədlə xidmətlərini əsirgəmirlər (mərkəzi Moskva şəhərində olan "L.Qumilyov adına Avrasiya mərkəzi"; Rusiya EA-nın "Elm" nəşriyyatının "Vostok" jurnalı; Moskva şəhərində yaradılmış "Rus-erməni dostluğu" Cəmiyyəti; Sankt-Peterburq şəhərindəki "Nor Serund" ("Yeni nəsil") erməni gənclər təşkilatı; Moskva ermənilərinin Gənclər Assosasiyası; Paris erməni muzeyi; Fransa paytaxtından 10 km aralı yerləşən Alforvills şəhərindəki erməni Aştarak meydanı; "Bloomberq " TV və ABC News telekanalının Yaxın Şərq üzrə icmalçısı Lara Setrakyan; Avstraliya İttifaqının Sidney şəhərində erməni Troitcki kilsəsi; "Suriya ermənilərinə yardım təşkilat"; "Hayastan" fondu (İrəvan şəhəri); RF-da xeyriyyəçi "Taşir" fondu...).
Bu qəbildən tədbirlər sırasında olan qondarma və uydurma "Ermənistanın sakral coğrafiyası" nəşrində də (2017) məlumatlara geniş yer verilmişdir. Çap və vizual görüntü formasında terrorçu hay kilsəsi tərəfindən ərsəyə gətirilmiş bu təbliğat vasitəsində hazırda işğal altında olan Zəngəzur, Göyçə, Ağbaba, Vedibasar...mahallarının xristianlığa qədərki əski Alban məbədləri, müsəlman-türk dini-irfani ocaqları "hayların tarixi inanc mərkəzləri" kimi saxtalaşdırılaraq etno-morfoloji və toponimik dəyişikliklərə - dini soyqırıma məruz qalmışdır.
Əslində Qərbi Azərbaycanın ayrı-ayrı nahiyələrində, mahallarında, tarixi müsəlman-türk yurdlarında yayılan müqəddəs dini-ruhsal, irfani-qutsal ocaqlarımızın etno-morfoloji mənşəyini Zəngibasar nahiyəsinin (Türkiyə Cumhuriyyətinin İqdır vilayəti ilə həmsərhəd, aralarında 5-6 km məsafə olardı) timsalında aşağıdakı kimi sərgiləmək olar...
Əski Uluxanlı, indi də Masis adlanan bu nahiyənin kəndləri (Rəncbər, Kolanı, Həbilkənd (1980-ci ildə Kalininkənd adlanıb), Seyidkənd, Reyhanlı, Sarvanlar, Mehmandar (1983-cü ildən adı Haykaşen olub), Rəhimabad, Qaraqışlaq, Dəmirçi, Hacılar, Qarahun, Həsənli, Çobankərə, Göygümbəz ...) coğrafi mənşəyinə və etno-morfoloji, dini-sakral irsinə və milli-mədəni keçmişinə görə bütünlüklə müsəlman-türk genetik əsaslarını özündə ifadə edir.
Mehmandar kənd sakini Məşədi Hidayət Səməd oğlu Mehdiyevin (1934) yozumuna görə Üçmüəzzin, əslində İçmüəzzin kəndinin teotoponimik izahı "qüdrətli Xaliqə olan sevginin, ilahidən gələn ruhun içə ("bədənə") hopması" anlamındadır. Bu kənd böyüyərək şəhərə çevrilib (60 min nəfər əhalisi ilə), hazırda dünyaya çəyitkə kimi yayılan hay sürüsünün olmayan "dini" mərkəzi hesab edilir, adı 1945-ci ildə dəyişdirilərək Eçmiəzddin, 1992-ci ildən isə Vaqarşapat adlanır. Hay kilsəsinin səyi ilə 1920-ci ildən sonra Çobankərə kəndi bölünərək (toponim ləğv edilərək) 2 kənd-Mehmandar və Pəhimabad yaranıb.
Qeyd etmək lazımdır ki, ümumilikdə Araz çayından 5-6 km aralı, Ağrı dağının ətəyindəki Ağrı gölü yaxınlığında olan Cobankərə Qərbi Azərbaycanda müsəlman-türk əhalisinin sayına görə ən böyük və ən imkanlı kənd olub, 1918-1920-ci illərdə 800-ə qədər ailə yaşayıb, tərəkəmələr üstünlük təşkil edib. 1988-ci ildə isə 1000-dən çox evin yalnız 130 ailəsi qalmışdı, qalanları 1950-ci ilədək Türkiyədən, Suriyadan, Livandan, Fransadan köçürülmüş haylar tuturdu. Onlar 1948-1953-cü illərdə Şərqi Azərbaycanın Qazax, Tovuz, Quba, Cəlilabad, Biləsuvar, Tərtər, Bərdə, Yevlax, Goranboy... rayonlarına sürgün edilmiş ailələrin evlərində yerləşdirilmişdir. 1904-1905-ci illərdə hay kilsəsinin quldur-daşnak silahlılarının törətdikləri qətliam-soyqırımdan qurtulan və Osmanlı Türkiyəsinin İqdır, Qars vilayətlərinə və İstanbul şəhərinə köç edən Çobankərəlilər içərisində Türkiyə Cumhurriyətinin 8-ci və 9-cu prezidentləri Xəlil Turqut Özalın (1927-1993) və Süleyman Dəmirəlin (1924-2000) ulu babaları da olmuşdur. Çobankərə kəndinin coğrafi mövqeyi düzən ərazi olmaqla zəngin maddi-tarixi keçmişə malik olub, qədim qəbirstanlığı (at, qoç, buğa, dəvə heykəlli baş daşları, miniatür nəqşli sinə daşları), məscidi və hamamı memarlıq nümunəsi idi. 1960-cı illərdə Zəngi çayından suvarma kanalı çəkilərkən və 1980-ci illərin əvvəlində İrəvana uzanan avtomobil yolunu genişləndirərkən həmin qədim qəbirsanlıq (min ildən çox yaşı olan) bütünlüklə məhv edildi, qəbir daşlarının çoxusu İrəvan şəhərinə və Eçmiəzdinə aparıldı haylar tərəfindən. Kənd ağsaqqallarından Həsən Abbas oğlu Abbasovun (1924-2016), Əli Mədətoğlunun (1926-2002), müharibə veteranı Əmir İsmayıl oğlu İsmayılovun (1902-1990)...İrəvan, Bakı və Moskva şəhərlərinə gedərək etdikləri şikayətə baxan olmadı...
Rəhimabad kəndində XIX əsrin sonlarında tikilmiş Cümə məscidi (ölçüsü 20 m x 25 m, hündürlüyü 7-10 m) artıq 1965-ci ildə dağılmışdı, kəndin din xadimi Abbasəli Rəhim oğlu (1878-1981) təhsilini Şam şəhərində almışdı.
Adında dini-duyğusal, ibadət rununu yaşadan yaşayış məntəqəsi - Hacı Əhməd Kolanısı kəndi bu şəhərə bitişik idi ("Kolanı" toponiminə Naxçıvan MR-nın Şahbuz rayonunda, Qobustan, Hacıqabul, Salyan, Siyəzən və Yevlax rayonlarında rast gəlinir).
İrəvan şəhərinin 6 km-də, Zəngi çayının sağ sahilində yerləşən Haçaparaq kəndinin adı özündə irfani-sakral mənanı saxlayır. Belə ki, müqəddəs Həcc ziyarətinə gedənlər buradan yola düşərdilər və "Həccə aparmaq" sözünün yerli leksik-tələffüz dəyişikliyini ifadə etməklə Haçaparaq adlandırılıb.
1935-ci ildən sonra bu teotoponimin adi Zəhmət adı ilə əvəzlənmişdir.
Mehmandar kəndi Uluxanlı rayon mərkəzindən 20 km, Çobankərə kəndindən 1 km aralıda olmaqla, yaşı min ildən çox olan qəbirstanlığındakı qəbir daşlarının çoxusu at, dəvə, qoç, buğa...fiqurlu, miniatür naxışlı, ərəb yazılışı ilə sənduqələrdən ibarət idi.
1950-ci illərdə bu kəndə Türkiyədən, Suriyadan, Livandan 50-60 hay ailəsi köçürüldü. Mehmandar, Dəmirçi və Qaraqışlaq kəndləri bir inzibati-ərazi dairəsini (mərkəzi Qaraqışlaq kəndi olmaqla) təşkil edirdi.
1880-cı ildə kəndin mərkəzində 3 minarəli Cümə məscidi tikilmişdir (Səməd Mehdi oğlu Abbasovun (1895-1974) söylədiyinə görə), kəndin , eləcə də bölgənin tanınmış din xadimi Mir Qafar Ağa (Gəncə şəhəri, "İmamzadə qəbirstanlığı"nda dəfn edilib) idi..
Bu kənddən keçib Çobankərə kəndinə uzanan yolun istiqamətində, Həbilkənd kəndinin üst hissəsində, Uluxanlı, Seyidkənd, Həbilkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarındakı "Ağadədə ziyarətgahı" (iki otaqdan ibarət, ölçüsü 4 m x 5 m, hündürlüyü 3,5 m) nahiyənin müqəddəs-sakral ocaqlardan biri idi, otaqların birində qəbir olmaqla. İlahi ruhdan imdad diləyənlər (həmçinin, İrəvan şəhərindən, Reyhanlı, Seyidkənd, Sarvanlar...kəndlərindən, ətraf nahiyələrdən gələnlər) bir gecə orda qalırdılar, ocaqda qurban da kəsirdilər.
1988-ci ildə daşnak-hay quldurları Qərbi Azərbaycanın hüdudlarında bütün müqəddəs-sakral məbədləri olduğu kimi, bu ocağı da dağıtmışlar.
"Azərbaycan folkloru antologiyası"nın 2004-cü il nəşrində (səh.75), "Üç nöqtə" qəzetinin 25 avqust 2016-cı il tarixli 150-ci sayının 5-ci səhifəsində Bəxtiyar Tuncayın "Türk folkloru: yaxın və uzaq tariximiz" sərlövhəli çap edilmiş məqaləsində bu ocaqla bağlı el rəvayəti kimi olmuş hadisə barədə məlumat verilmişdir.
Uzun müddət bu ocağın mücörüsü (qoruyucusu) Mehmandar kənd sakini Mahmud İsmayıl oğlu Ələkbərov (1921-1995) olmuşdur.
Uluxanlı şəhərində XVII əsrin yadigarı olan "Göy məscid" fəaliyyət göstərirdi.
Əlavə məlumat üçün bildirim ki, 1935-ci ildə Uluxanlı kəndi Nərimanlı adlandırılıb, 1937-ci ildə Zəngibasar rayonu yaradılıb, rayon mərkəzi Nərimanlı kəndi olub. 1950-ci ildə Nərimanlı toponimi Masis adı altında dəyişdirilib və 1969-cu ildə eyni adlı rayon təşkil edilib.
(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Uluxanlı nahiyəsinin Mehmandar kənd sakinləri Məşədi Hidayət Səməd oğlu Mehdiyevin (1934), Fərhad Xəlil oğlu Həsənovun (1958) və Qasım Mahmud oğlu Ələkbərovun (1968) məlumatlarından istifadə edilmişdir.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universietinin müəllimi