Ermənistan bu dəfə də qarşısına qoyduğu əsas hədəfə nail ola bilmədi- MÜNASİBƏT
1 İyun 2020 07:50 SiyasətNizami Səfərov: "Ramil Səfərov barəsində verilmış əfv fərmanı beynəlxalq-hüquqi razılaşmadan irəli ğəlir"
Məlum olduğu kimi, mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" işi üzrə qərar çıxarıb və həmin iş ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstan Respublikasından Azərbaycana transferi və bununla bağlı hadisələrlə əlaqədar olub. Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan mühüm bir məsələ - Ramil Səfərovun işi ilə bağlı bəzi əhəmiyyətli hüquqi problemlərə aydinlıq ğətirilməsinə böyük ehtiyac yaranıb. Millət vəkili, cinayət işləri üzrə beynəlxalq-hüquqi yardım, ekstradisiya, cinayətkarlıqla dövlətlərarası mübarızə sahəsində bir sıra beynəlxalq təşkilatların eksperti qismində fəaliyyət ğöstərmiş, uzun müddət beynəlxalq-cinayət hüququ sahəsində elmi arşdırmalar aparan Nizami Səfərov bildirib ki, Avropa İnsan Hüquqları məhkəməsinin qərarının çıxarılması təsadüfi xarakter daşımır və ona hazırlıq illər öncə başlamışdır. Faktiki olaraq Ramil Səfərovun məsələsinə dair Avropa Parlamentinin 13 sentyabr 2012-ci il və Avropa Şurası Parlament Assambleyasının "Məhkum olunmuş şəxslərin verilməsi haqqında Konvensiyadan sui-istifadə hallarının qarşısının alinması üçün tədbirlər haqqinda" 18 noyabr 2014-cü il tarixli qərəzli qətnamələri məhkəmənin bu işdə bir sıra cəhətlərə ğörə Avropa İnsan Hüquqlarının müdafiəsi sistemindən, Avropa İnsan Hüquqları məhkəməsinin presedent hüququndan kənara çıxan qərarının veriməsinə yaşıl işıq yandırmışdır. Millət vəkili məsələ ilə bağlı maraq doğuran faktlardan birini diqqətə çatdırıb: "İş üzrə şikayətçiləri təmsil edən şəxslər sırasında İnsan hüquqları sahəsində ixtisaslaşan İnğiltərənin Middlseks Universitetinin professoru və həmin universitetin İnsan hüquqlarının müdafiyəsi üzrə Avropa Mərkəzinin direktoru Filip Liçin adina rast gəlinir və həmin şəxs Avropa İnsan Hüquqları Məhkəməsində əsasən Rusiya və Türkiyə kimi ölkələrə qarşı qaldırılan işlərdə təmsil olunur. Xatırlatmaq istərdim ki, Filip Liç Avropa İnsan Hüquları məhkəməsinin Sarkisyan Azərbaycana qarsı işi üzrə də erməni tərəfini təmsil etmişdir. İstənilən şəxs İnsan hüquqlarının müdafiyəsi üzrə Avropa Mərkəzinin veb səhifəsinə daxil omaqla orada Azərbaycanla bağlı yerəşdirilmiş məlumatlarla tanış olarsa bir çox məsələləri tam oyektiv qiymətləndirə bilər. Buna baxmayaraq, Avropa hüquqi məkanı çərçivəsində məhkum olunmuş şəxslərin verilməsi 21 mart 1983-cü ildə qəbul edilmiş eyni adlı Konvensiya ilə tənzimləyir. Dövlətimiz bu Konvensiyaya 12 dekabr 2000-ci ildə qoşulmuşdur, Macarıstan Respublikası isə hələ 13 iyul 1993-cü ildə sənədi ratifikasiya etmişdir və məhkum olunmuş şəxslərin vətəndaşları olduğları dövlətə verilməsi sahəsində münasibətlər iki ölkə arasında qeyd edilən beynəlxalq-hüquqi akt əsasında tənzimlənir. Konvensiyanın təməl prinsiplərindən birini dövlətlərin suverenliyi doktrinasından irəli ğələn və 12-ci maddədə əksini tapmış əfv, amnistiya və ya cəzanın yünğülləşdirilməsi təşkil edir. Həmin maddəyə uyğun olaraq hər bir İştirakçı Dövlət qüyyədə olan Konstitusiyası və va diğər hüquqi aktlara uyğun olaraq əfv, amnistiya və ya cəzanın yünğülləşdirilməsini həyata keçirə bilər. Məhz burada bir mühüm hüquqi məqamı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Avropa Konvensiyasına qoşulan zaman Beynəlxalq müqavilələr hüququ haqqında 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 19-cu maddəsinin tələbələrinə uyğun olaraq 12-ci maddəyə dair qeyd-şərtlə çıxış etmişdir. Həmin qeyd-şərtə əsasən Azərbaycan Respublikasından verilmiş məhkum olunmuş şəxs barəsində əfv və ya amnistiya qərarı Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanları ilə razılaşdırılmalıdır. Konvensiyon maddə üzrə belə bir qeyd-şərt Macarıstan tərəfindən edilməmişdir və bununla bağlı tam məsuliyyətlə qeyd etməliyəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli ğələrək 31 avvqust 2012-ci ildə möhtərəm cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verimış əfv fərmanı birmənalı olaraq beynəlxalq-hüquqi razılaşmadan irəli ğəlir və dövlətimizin öz üzərinə ğötürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir. Umumxalq səsverməsi - referendumla qəbul edilən Azərbaycan Respublukası Konstitusiyasında təsbit edilmiş Dövlət başçısının əfv etmə səlahiyyətləri suveren qaydada həyata keçirilir, heç bir dövlət və ya dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq məhkəmə və ya kvazi-məhkəmə orqanları bu səlahiyyətin realizə olunmasınə müdaxilə edə bilməz. Azərbaycan xalqının sarsılmaz iradəsini əks etdirən fundamental konstitusion prinsiplər heç müzakirə predmeti belə deyil. Avropa İnsan Hüquları məhkəməsi öz qərarında Azərbaycan dövləti tərəfindən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın prosessual aspektdə "Yaşamaq hüququ" adlanan 2 - ci maddəsinin və "Ayrı-seçkiliyin qadağan olunması" başlığı altında verilmiş 14 - cü maddəsinin pozulması haqqında qənaətə ğəlmişdir. Tam açıqlığı ilə qeyd etmək lazımdır ki, erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməmişdir və Budapeşt şəhərində baş vermiş hadisəyə ğörə Azərbaycan Respublikasının substantiv mənada məsuliyyət daşiması barədə səsrsəm iddia tamamilə iflasa ugramısdır. Məlum hadisə ermənilərin provokativ və tahqiramiz davranışına dözə bilməyən Azərbaycan ordusunun zabiti tərəfindən fərdi qaydada törədilən hadisədir və Azərabaycan dövlətinin yaxud onun hansısa rəsmi orqanının bu hadisə ilə heç bir bağlılığı olmaması barədə məhkəmə aydın mesaj vermişdir. BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan Beynəlxalq-hüquqa zidd əməllərə ğörə dövlətlərin məsuliyyəti haqqında maddələr Layihəsinin 11-ci maddəsini təhlil edən Avropa İnsan Hüquqları məhkəməsi birmənalı şəkildə beynəlxalq hüquqla müəyyən edilən məsulliyətin attributiv elementlərinin bu işdə olmaması barədə birmənalı nəticəni hasıl etmişdir". Onun sözlərinə görə, Erməni tərəfinin ikinci uqursuz iddiası Ramil Səfərovun transferinə ğörə Macaristan Respublikasının məsulliyətinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmənin ğənaətinə görə bu məsələdə Macarıstan Avropa Konvensiyanın 2-ci maddəsinin tələblərinin prosessual qaydada posulmasına yol verməmişdir: "Məhkənin qərarında əksini tapan və quya dövlətimiz tərəfindən Avropa Konvensiyasının 2 - ci və 14-cü maddələrinin pozulması süni arqumentlərə asaslanan, obyektivlik, qərəzsizlik və tərəfsizlik prinsiplərin kənara çıxan, beynəlxalq-məhkəmə orqanlarının presedent hüququ və Avropa Konvensiyasının düzgün şərh edilməməsinin bariz nümünəsidir. Azərbaycan Respublikasına münasibətdə ikili standartların tətbiq edilməsi bir sıra beynəlxalq institutlarda özünü qabarıq şəkildə birüza verir. Siz təsəvvür edin ki, hətta Avropa İnsan Hüquları məhkəsinin Portuqalaiyadan olan hakimi Pinto de Albukerke iş üzrə öz xüsusi rəyində baş vermiş hadisəni dini motivlərə əsaslanan cinayət adlandırmışdır. Şübhəsiz ki, belə yanaşma ancaq xəstə təxəyyülüm məhsulu ola bilər. Azərbaycan Respublikasının dinc mülki əhalisinə qarşı amansızcasına törədimiş soyqırım, etnik təmizləmələr, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri, beynəlxalq hüquqda ən ağır cinayət kimi qiymətləndirilən təcavuz uzun illərdir cəzasız qalır, 30 ildən cox müddətdə Dağliq Qarabağ problemi həllini tapmır, lakin bunlar beynəlxalq birliyi narahat etmir. Sadaladığım cinayətlər dünyanın digər reqionlarında baş verəndə BMT işə düşür və onun Təhlükəsizlik Şurasının məlum qərarları əsasında keçmiş Yugoslaviya və Ruanda üzrə ad hoc tribunallar yaradılır, Sierra-Leone üzrə Xususi məhkəmə orqanı təsis edilir. Təəsüf ki, Azərbaycan ərazisində insanlıq məfhumunu belə sarsıdan cinayət əmmələri törətmiş şəxslərə münasibətdə cəzasızlıq hökm sürür və buna ğörə beynəlxalq birlik birbaşa məsulliyət daşıyır".
Nurlan