ABŞ-da yaşayan Azərbaycan icması tərəfindən  ilk dəfə olaraq virtual Respublika Günü

ABŞ-ın müxətlif ştatlarında yaşayan Azərbaycan icmasının üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü qeyd olunması məqsədilə virtual tədbir təşkil olunmuşdur. Görüşə Azərbaycan Respublikasının və Türkiyənin ABŞ-dakı Səfirlikləri dəvət olunmuşdur. Görüşə 130-dək ABŞ, Kanada və İsraildə yaşayan vətəndaş və soydaşlarımız qoşulmuş və facebook sosial şəbəkəsi üzrə aparılan canlı yayımda 2400-dən çox izləyicisi olmuşdur.

Tədbirin moderatoru, Meyn ştatında Azərbaycan Cəmiyyətinin təsisçisi və prezidenti Tərlan Əhmədov qonaqları salamlayaraq professor, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və İcraçı direktoru Dr.Cəmilə Cavadova-Spitzberg və sporano ifaçısı Ariel Hernandezin ifasında Azərbaycan və ABŞ himnlərinin ifasını dinləməyə dəvət etmişdir.

Daha sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov icma nümayəndələrini və Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıçı salamlayaraq hər kəsi bu bayram münasibətilə təbrik etmiş və Türkiyənin bu böyük gündə yanımızda olmağından məmnunluq hissini keçirdiyini bildirmişdir. Adətən bu bayram ənənəvi olaraq hər il Vaşinqton şəhərində səfirliyini təşkilatçılığı ilə mindən çox adamın iştirakı ilə qeyd olunduğunu qeyd edən səfir bu il bu tədbirdə Azərbaycan icmasının dəvəti ilə qonaq qismində iştirak etdiyini demişdir. Səfir Süleymanov icma nümayəndələrinin ABŞ-da əldə etdiyi nailiyyətləri və Azərbaycanlı olaraq tarixi töhfələrindən misallar gətirərək COVİD-19 pandemiyasının yaratdığı çətin bir dövrə baxmayaraq Azərbaycanın bu tarixi nailiyyətini birlikdə qeyd etmək üçün ilk dəfə olaraq bütün Amerikada yaşayan Azərbaycan icmasının birlikdə toplandığına və həmrəylik göstərdiyinə görə fərəh hissini keçirdiyini və təşəkkürünü bildirmişdir. Bu kimi Respublika Günü təntənəli proqramı ilk dəfə olaraq Amerikanın icma fıallarını bir yerə gətirərərək ilk belə bir təcrübədir. Çox müsbət bir haldır ki bu uğurlu və gözəl tədbir məhz icma üzvlərinin təşəbbüsü və təşkilatçılığı ilı keçirməsi bu bayramın əhəmiyyətini artırmışdır və məhz belə təşəbbüskarlıq və icma üzvlərinin öz zamanlarını və səylərini bir yerə qoyaraq belə bir bayram keçirdiyinə görə səmimi qəlbdən minnətdarlığını bildirmişdir.

Fürsətdən istifadə edərək Türkiyə Səfirliyinin bu böyük bayramımıza qoşulması və bütün tədbir boyu bizimlə birlikdə olması bir daha Azərbaycan və Türkiyənin bir-birinə yaxın, əziz və qardaş olduğunu, eləcə də ümummilli Heydər Əliyev tərəfindən səsləndirilmiş "bir millət iki dövlət" prinsipini bir daha təsdiq etdiyini vurğulamışdır. Səfir bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən və hər gün güclənən müstəqil Azərbaycanın hər bir Azərbaycanlı üçün vətən olduğunu demiş və bütün icma üzvlərimizi gələcəkdə də bu cür vətənə bağlılığına ümidini ifadə etmişdir.

Səfir Sərdar Kılıç öz çıxışında dəvət olunduğuna görə təşəkkürünü bildirmiş və bu çətin günlərdə belə bir tədbirin təşkil olunması və hər kəsi bir yerə gətirmək çox gözəl təşəbbüs olduğunu vurğulamışdır. Dost və qardaş ölkə Azərbaycanla birlikdə bu önəmli gündə birlikdə toplanmaqdan, eyni millətə aid olmaqdan və Azərbaycanlılarla birlikdə olmaqdan qürur hissini keçirdiyini bildirmişdir. Türkiyənin ABŞ-dakı Səfirliyi və türk vətəndaşları adından Azərbyacan Respublikasının 102-ci il dönümü münasibətilə təbrik etdiyini, Türkiyə və Azərbaycanın ay və ulduz altında hər zaman iki dövlət, bir millət və tək ürək olacağını bir daha vurğulayaraq və gələcək nəsillərin də Respublika Gününü qeyd etməyini arzulamışdır.

Tədbirin mədəni proqram hissəsinin açılışını edən Dr.Cəmilə Cavadova-Spitzberg 20-ci əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin və musqinin inkişafına töhvə verən müxətlif proseslərdən danışaraq Azərbaycan klassik musiqisinin qərb və şərq dəyərlərini bir araya gətirdiyini və bugün də çoxsaylı istedadlı

Azərbaycan-Amerika musiqiçilərinin Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümünü qeyd etmək üçün bir araya gələrək öz musiqi hədiyyələrini təqdim edəcəyini diqqətə çatdırmışdır.

Daha sonra Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının təsisçisi və prezidenti Töhfə Eminova ABŞ-ın müxtlif ştat və şəhərlərindən Respublika Günü ilə bağlı təqdim olunan bəyannamələr haqqında məlumat vermişdir. Bunun davamı olaraq Hyuston-Bakı Qardaşlaşmış Şəhərələr Assosiyasiyasının vitse-prezidenti Devid Qudvin Hyuston şəhərinin meri adından təqdim olunan Bəyannamənin mətnini oxumuşdur.

Alyona Bədəlova Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan Məktəbi və My way uşaq və gənclər mərkəzinin uşaqlarının təbrikini və video-çıxışlarını təqdim etmişdir.

Daha sonra Azərbaycanın ABŞ-dakı Səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Şəlalə Vəliyeva ADR dövründə qadınların sosial həyata və təhsilə töhfələrindən danışmışdır.

Tədbirdə müxtəlif musiqi janrlarda Namiq Sultanov, Humay Qasımzadə, Nərgiz Əliyarova, Pərvin Muradova Dilbazi, Aleksandr Peskanov, Cavid İsmayılbəyli, Ceyran Həsən və Qiyas Zeideh, Eldar Xudiyev, Azər Dəmirov və Cefrey Verbork, tanınmış musiqi ifaçısı Emil və Leyla Əfrasiyab öz ifalarını təqdim etmişdirlər.

Harvard Universitetinin tarix fakultəsində doktorantura pilləsində təhsil alan Səma Məmmədova, universitetin hüquq məktəbində İnsan hüquqları proqramında fellowship keçən, ADA Universitetinin Hüquq proqramının direktoru Rəşad İbadov, ABŞ-Azərbaycan Ticarət Palatasının direktorlar şurasının üzvü Şapur Ansari və icraçı direktoru Natiq Baxışov, Gün.az TV-nin təsisçisi Əhməd Obalı, ABŞ-Azərbaycan Akdemiklər Şəbəkəsinin təsisçisi Sevinc Məmmədova çıxış edərək öz təbriklərini çatdırmışdırlar.

Texas ştatının Hyuston şəhərində yerləşən Azərbaycan mərkəzinin direktoru və prezident Hyuston-Bakı Qardaşlaşmış Şəhərələr Assosiyasiyasının prezidenti İradə Axundova qonaqları salamlayaraq Respublika Günün 102-ci ildönümünün qeyd olunması ilə bağlı öz təbriklərini çatdırmışdır. Müxtəlif ştatlarda yaşayan icmaların vahid məqsəd üçün bir araya gəldiyini nəzərə alaraq bu tədbirin təşkilində hər kəsə zəhmətinə görə təşəkkürünü bildirmişdir.

Sonda Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və İcraçı direktoru Dr.Cəmilə Cavadova-Spitzbergin təşəbbüsü ilə Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümünü qeyd etmək üçün Niderland, İtaliya, ABŞ, İsveç, Finlandiya, Cənubi Afrika, Cənubi Koreya, Fransa ölkələrini orqan musiqisinin ifaçıları bir yerə gələrək Azərbaycan himnini ifası layihəsi təqdim olunmuşdur. https://www.facebook.com/watch/live/?v=2123703384441438&ref=watch_permalink

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31