Türkiyə prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə R.T.Ərdoğan öz "Twitter" hesabında yazıb.

Təbrikdə deyilir: "Azərbaycan Cumhuriyyətinin yaranmasının 102-ci il dönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31