Müdafiə Nazirliyi “Zəfər marşı” adlı videoçarx hazırladı
28 May 2020 16:29 SiyasətAzərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin genişmiqyaslı əməliyyat-taktiki təlimlər ərəfəsində təqdim etdiyi "Qələbəyə gedən yollar" videoçarxı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla izlənilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Mərkəz 28 May - Respublika Günü münasibəti ilə "Zəfər marşı" adlı yeni layihəni təqdim edib. Marşın sözləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaniyə, musiqisi bəstəkar Azad Zahidə, ifası isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi rəisinin müavini, Əməkdar artist, Prezident mükafatçısı mayor Cahangir Qurbanova aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31