Cahandar BAYOĞLU: Elçibəyi, onun Kələkiyə getməsində və Heydər Əliyevi Millət Məclisinə sədr seçilməsində ittiham edib, günahkar kimi təbliğ edənlərin böyük əksəriyyəti, Moskva və Tehranla işbirliyi olanlardı

26 may 1993-cu il rus qoşununun Bağımsız Azərbaycandan çıxdığı gündü. Rus qoşunlarının Azərbaycabdan çlxması her zaman içtimayetin diqətində olub. Hele Almaniyada Rus qoşunlarının qaldığı bir zamanda, Azerbaycan Respublikaslndan çıxması tək Azərbaycanda deyil, dünya metbuatındada geniş müzakirə mövzusu olaraq qalır. Azerbaycan üçün olduqca ciddi olan bu hadisəylə bağlı siyasetçiler, yazarlar, aydınlar fərqli yazılar yazmaqda, fikirlər səsləndirməkdədirlər. O, dövrü canlı yaşayanlardan, hadisələrin mərkəzində, zamanın AXC İcraiyə Komitəsinin üzvü olan Tutan Partiyasının Girişim Kurul Başkanı Cahandar Bayoğlu sosial şəbəkədə yazdığı yazısında ilginc fikirlər səsləndirib. Partiya Başkanı yazısında biıdirib ki: " Elçibəy Rusiyadan qoşunların çıxmasını israrla tələb edirdi. Bilirdi ki, bu ona Prezidentlikdən getməsi ilə sonuçlanacaq. Rusiya da qoşunlarını çıxarırdı ki, 4 iyun hərbi qiyamını törədəcək, konstitusiya quruluşunu çökdürüb dövlət şurası yaradacaq ve "xilaskar ordu" yenidən dönəcək. Rusiya həm də başlatdığı vətəndaş müharibəsinin sorumlusu kimi görünməmək üçün qoşunları çıxardı. 26 may Rus qoşunu Bağımsız Azərbaycandan çıxdı, 4 iyun hərbi qiyamı oldu. Amma vətəndaş müharibəsi olmadı, konstitusiya quruluşu çökmədi, dövlət şurası yaranmadı, rus qoşunu yenidən qayıda bilmədi. Elçibəy Prezidentliyini itirdi, ama Rusiya istədiyinə nail ola bilmədi. Məhz belə oldğuna görə 26 iyun Rusiya Təhlükəsizlik Şurasının toplantısında, şuranın katibi "Uçitel(Elçibey) opyat nas obmanul" deyirdi. Dövləti hərraca qoyan, didib parçalamağa hazır olan hər kəs Moskva ilə-Tehranla birlikdəydi. Məhz o qüvvələr hələ də Elçibəyi, onun Kələkiyə getməsində və Heydər Əliyevi Millət Məclisinə Sədr seçilməsində ittiham edib, günahkar kimi təbliğ edirdilər. Bağımsız Dövləti-milləti prezidentlikdən, hər şeydən üstün tutan lider, sən hər zaman qalibsən. Kayb edənlər xəyanətə yuvarlananlar və səni anlamayanlardır. Qazanan Bağımsız Azərbaycandır, Yücə Türk millətidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31