İlham Əliyev Pakistana başsağlığı verdi
22 May 2020 18:40 SiyasətPrezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub ünvanlayıb.
Məktubda qeyd olunub:
"Hörmətli cənab Prezident,
Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31