"Bizi bu bəladan Prezidentimizin atdığı çevik addımlar xilas etdi"

"Bəzən kiçik yalanın, bir şaiənin yaratdığı rezonans, gətirdiyi bəla düşmən ordusunun vurduğu zərbəyə bərabər olur. Toplumda çaşqınlıq, ümidsizlik, panika yaratmaq üçün şeytan xislətli insanlar, düşmən qüvvələr belə antiinsani priyomlardan həmişə istifadə ediblər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, keçən əsrin 90-cı illərinin əvvəllərində müstəqil Azərbaycan dövləti yenicə təşəkkül tapanda, rus hərbi birləşmələrinin köməyi ilə torpaqlarımızı işğal edən ermənilər belə metodlardan məharətlə yararlanırdılar və bəzi hallarda, kəndlərimizi, qəsəbələrimizi bu cür şaiələr fonunda qəsb edirdilər: "Bu gün, pandemiyanın bütün dünyada fəlakət yaratdığı bir dönəmdə, yenə də ağ yalanlar, feyk informasiyalar cəmiyyətdə çaşqınlıq yaradır. Son günlərdə sosial şəbəkələrdə, elə canlı həyatda da, insanlardan belə fikirlər səslənir ki, guya koronavirus-filan yoxdur guya bu uydurmadır. Hətta durub, adamın üzünə belə sual verən də var:- Axı, necə olur ki, mənim tanıdığım insanlar arasında bir nəfər də bu xəstəliyə yoluxan görməmişəm? Belələrinə cavabım budur: Bizi bu bəladan dövlətimiz, Prezidentimizin atdığı çevik addımlar xilas etdi. Əks təqdirdə, bizdə də Avropada, Amerikada olduğu kimi ölənlərin, yoluxanların sayı-hesabı olmazdı. Şaiələrə deyil, mötəbər məlumatlara inanın! Özünüqoruma tədbirləri isə xəstəlikdən uzaq durmağın əsas şərtidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31